Tarix : 2024 Apr 04
Kod 64725

Prezident: Sionistlərə güzəştə getmək uduzmuş at üzərində mərcləşməkdir - İran müqaviməti dəstəkləməyə davam edəcək

Prezident sionist rejimlə münasibətləri normallaşdırmağı uduzmuş at üzərində qumar adlandıraraq deyib: “Bu gün kompromis planları tarixin arxivinə gedib və fələstinlilərin iştirakı olmadan heç bir planı həyata keçirmək mümkün deyil.”
arannews:irna-Ayətullah Seyid İbrahim Rəisi Tehran, Dəməşq, Səna, Beyrut və Bağdadda eyni vaxtda “Tufanul-Əhrar” şüarı və müqavimət oxu liderlərinin çıxışı ilə keçirilən və bir çox peyk kanallarında yayımlanan “Qüds Tribunası” konfransındakı çıxışında qəsbkar sionist rejimin bu gün həm siyasi, həm də hərbi sahədə çoxlu problemlərlə üzləşdiyini bildirərək deyib: “Hərbi sahədə fələstinlilərin iradəsinin sionistlərin çoxqatlı müdafiə sistemləri üzərində qələbəsi bu rejimin məğlubedilməzliyi illüziyasını daha da əsassız etdi.”

Doktor Rəisi əlavə edib: “İran İslam Respublikası daha əvvəl də elan etdiyi kimi müqaviməti dəstəkləyir və Fələstin xalqının qəsbkar düşmənlə mübarizədə haqq olduğunu vurğulayır.”

Prezident sonra deyib: “Bütün humanitar prinsipləri və beynəlxalq qaydaları pozaraq, bu rejimin İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna terror hücumu, baxmayaraq ki, cavabsız qalmayacaq, amma məğlubiyyətlərini ört-basdır etmək üçün dəlicəsinə insanlıq əleyhinə cinayətində heç bir əməlindən əl çəkməyən bu rejimin məyusluğunun, acizliyinin pik həddini göstərir.”

Ayətullah Rəisi deyib: “Fələstin müqavimətinin bütün şəhidlərinin və Qüds Yolu şəhidlərinin pak ruhlarına salam göndərirəm, son aylar ərzində uşaq qatili olan rejimin cinayətkar hücumlarının davamlı hədəfinə çevrilmiş Qəzzə zolağının səbirli və əziyyət çəkən xalqına ürəkdən ehtiramımı bildirirəm.

  • Yazılıb
  • da (də) 2024 Apr 04
  • Göndərən رضا رستمی