Tarix : 2024 Mar 23
Kod 64702

Moskvada terror aktı - 14-dən çox insan həlak olub, 140 nəfər yaralanıb

Moskva yaxınlığındakı Crocus şəhərciyində milis geyimində olan azı üç nəfərin konsert zalının birinci mərtəbəsinə hücumu və tamaşaçılara avtomat silahlardan atəş açması və qumbaralar atması nəticəsində 40-dan çox adam ölüb, 140 nəfər yaralanıb.
arannews:irna-“Crocus” şəhərciyinin konsert zalında baş verən atışma 40-dan çox insanın ölümü ilə nəticələnib.

Hadisə şahidinin Sputnik-ə verdiyi məlumata görə, Crocus şəhərciyindəki konsert zalında milis geyimində olan şəxslərin atəş açması və qumbaralar atmasından sonra burada yanğın baş verib.

Bu hadisə şahidinin sözlərinə görə, daha sonra zaldakı insanlar atışmadan xilas olmaq üçün 15-20 dəqiqə orada uzanıblar və sonra sürünməyə başlayıblar. Bir çoxu zaldan çıxa bildi, lakin azı yüz adam zalda sıxışıb qalıb.

  • Yazılıb
  • da (də) 2024 Mar 23
  • Göndərən رضا رستمی