Tarix : 2023 Oct 09
Kod 64045

İranın Qafqaz üçün gündəmi

ran Cənubi Qafqazın əsas məsələlərini və prioritetlərini bir-birindən ayırmağa, onları erməni-azəri qonşuları və regional aktyorlar üçün aydınlaşdırmağa çalışıb. Bu səbəbdən də Tehranın mövqeyi bu ölkənin siyasi və hərbi rəsmiləri tərəfindən Azərbaycan və Ermənistan tərəfinə açıq şəkildə çatdırılıb.
 

 

arannews:irna-ötən həftə Tehran Cənubi Qafqazdakı hadisələrlə bağlı yüksək səviyyəli təhlükəsizlik məsləhətləşmələrinin mərkəzi olub. İranın şimal sərhədlərində baş verən son hadisələrdən və “Artsax” respublikasının ləğvindən və Azərbaycan Respublikasının Qarabağdakı torpaqlarının geri alınmasından sonra, eləcə də mövzunun həssaslığına diqqət etməklə, Ermənistanın Ali Milli Təhlükəsizlik Şurasının katibi və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi İrana səfər edərək yüksək rütbəli İran rəsmilərini regionla bağlı hadisələr barədə məlumatlandırıblar.
Bu kontekstdə Ermənistanın Ali Milli Təhlükəsizlik Şurasının katibi və Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi ölkə Prezidenti ilə ayrı-ayrılıqda görüşlərdə Qafqazla bağlı ətraflı məlumatlar təqdim ediblər.

İranda siyasi və hərbi rəsmilər Cənubi Qafqazdakı regional prioritetləri və Tehranın fikrini açıq şəkildə İran və Bakıya ötürüb.

İran Qafqazın əsas məsələlərini və prioritetlərini bir-birindən ayırmağa, onları erməni-azəri qonşuları və regional aktyorlar üçün aydınlaşdırmağa çalışıb. Buna əsaslanaraq Tehran Qarabağda Azərbaycana aid torpaqların işğaldan azad edilməsinə dəstək verməklə, eyni zamanda, Qarabağda yaşayan ermənilərin hüquqlarının təmin olunmasını ciddi şəkildə vurğulayır və ötən həftə ərzində Qarabağı tərk etmiş erməni qaçqınlara yardım etməyə çağırır.

İran bundan əvvəl Qarabağı Azərbaycan Respublikasının bir hissəsi kimi tanıdığını bəyan edib və hesab edir ki, onun məsələləri, o cümlədən sakinlərinin hüquqları və təhlükəsizliyi bu çərçivədə və dialoq yolu ilə həll olunmalıdır. İran həmçinin, 3+3 (İran, Rusiya, Gürcüstan, Türkiyə, Azərbaycan və Ermənistan) görüşünü Tehranda keçirməyə hazır olduğunu bildirib.

Naxçıvan yolu

Məsələnin Azərbaycan tərəfinə gəlincə, İran Azərbaycanın Naxçıvana çıxışı ilə bağlı Bakı ilə istənilən əməkdaşlığa açıqdır, hətta bununla bağlı ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfi ilə razılaşmaları olub və Bakını Naxçıvanla birləşdirmək üçün başqa təşəbbüslər də masaya qoyulub. Tehran Azərbaycanın bu təşəbbüsləri qəbul etməməsini bəhanə və Bakının İran-Ermənistan sərhədini bağlamaq və Qafqazın coğrafiyasını manipulyasiya etmək planı hesab edir. Belə olan halda İranın planı dəyişəcək.

İran bu siqnalı İlham Əliyevə və onun tərəfdarlarına verib ki, Qarabağı geri aldıqdan sonra Bakının artan geosiyasi çəkisi ilə səhv hesablamaya düçar olmasınlar və öz ambisiyalarından əl çəksinlər. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ermənistanın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşündə bu məqamı Azərbaycan tərəfinə xatırladıb. Belə ki, dedi: “Heç bir ölkənin müdafiə qüdrətinin və hərbi potensialının yüksəldilməsi təcavüzkar məqsəd və niyyətlərlə müşayiət olunmamalıdır.”

Həmçinin Prezidentin siyasi məsələlər üzrə köməkçisi Məhəmməd Cəmşidinin sözlərinə görə, Rəisi İrəvan və Bakının siyasi elçiləri ilə ayrı-ayrılıqda görüşlərdə İranın Zəngəruz dəhlizi layihəsini NATO-nun ayağının Qafqaza açılması və region ölkələrinə milli təhlükəsizlik təhdidlərinin əsası adlandıraraq, buna qəti etirazını bildirib.

2020-ci ildə Ermənistan və Azərbaycan arasında baş vermiş ikinci Qarabağ müharibəsi zamanı Tehranın yanaşması Bakının itirilmiş ərazilərinin geri qaytarılmasına dəstək olmaq idi. Buna baxmayaraq, 2022-ci ilin sentyabrında İran Cənubi Qafqazda istənilən geosiyasi dəyişikliyə və Azərbaycan-Ermənistanın İranla sərhədlərinin manipulyasiyasına qarşı xəbərdarlıq etdi. Bu arada İran İslam Respublikası bununla bağlı qırmızı xətti açıq şəkildə müəyyən edib , Bakının sərhəd avantürası, Tehran və İrəvan sərhədlərini bağlaq niyyəti ilə bağlı Azərbaycan tərəfinə lazımi xəbərdarlıq edib.

Tehran İrəvanın əsl müttəfiqi

əsələnin erməni tərəfinə gəlincə, Tehran Paşinyan hökumətini qərblilərin tələsinə düşməkdən və Amerika layihəsində oynamaqdan çəkindirməyə çalışır. İran sülhməramlılarının bölgədə olması ilə bağlı Ermənistan tərəfi ilə görüşdə general-mayor Baqirinin təqdim etdiyi təşəbbüslə, eləcə də, ötən il Ermənistanın Qapan vilayətində baş konsulluğunu açması və burada İranın diplomatik mövcudluğu ilə İrəvanın İrandan yaxşı müttəfiq tapmayacağı qənaətinə gəlməsi üçün kifayətdir. İrəvan öz nümayəndəsinin Tehrana səfəri zamanı İranın hərbi rəsmiləri tərəfindən ən yüksək təminat alıb.

General-mayor Məhəmməd Baqiri erməni tərəfi ilə görüşündə Cənubi Qafqazda təhlükəsizliklə bağlı proseslərin və tendensiyaların regionun təhlükəsizliyinə təsir etdiyini vurğulayaraq dedi: “Bu regionda gərginliyin davam etməsi Ermənistan və Azərbaycanın, eləcə də, regionun digər ölkələrinin xeyrinə deyil və İran İslam Respublikası bu gərginliyin aradan qaldırılmasına kömək etməyə hazırdır.”

Silahlı Qüvvələrin Baş Qərargah rəisi İran İslam Respublikasının Ermənistan və Azərbaycanın sərhədlərinə müşahidəçilər göndərməyə hazır olduğunu bildirməklə yanaşı dedi: “Heç bir ölkənin müdafiə qüdrətinin və hərbi potensialının yüksəldilməsi təcavüzkar məqsəd və niyyətlərlə müşayiət olunmamalıdır.”

Bu yüksək rütbəli İran hərbi rəsmisi Ermənistana xatırlatdı: “Bölgədə təhlükəsizliyi region ölkələri təmin etməlidir və regiondankənar qüvvələrin mövcudluğu regionda sülhə ziddir.”

Buna əsasən, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-ın Ermənistanda keçirdiyi son hərbi təlimlə bağlı dedi: “Regiondankənar yeni aktorların mövcudluğu mürəkkəbliyi və qeyri-sabitliyi artırır.”

General-mayor Baqiri regionda böhran yaratmaq üçün heç bir səbəb olmadığını vurğulayaraq bildirdi: “Təfriqə və iğtişaşlar yaratmaq əcnəbilərin siyasətidir və region ölkələri öz problemlərini dialoq yolu ilə həll etməlidir.”

Ermənistanın Ali Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan general-mayor Baqiri ilə görüşməzdən əvvəl, İranın Ali Milli Təhlükəsizlik Şurasında işə başladıqdan sonra ilk dəfə Əli Əkbər Əhmədyanla görüşdü. Əhmədyan da bu görüşdə dedi: “Bölgənin geosiyasətində istənilən dəyişiklik təhlükə yaradır, qeyri-sabitliyə və böhranın artmasına səbəb olur.”

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İran İslam Respublikasının qonşuları ilə əməkdaşlıq və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, hər hansı bir gərginlik və münaqişədən azad bir region yaratmaq sahəsində dəyişməz siyasətini izah edərək dedi: “Region ölkələri arasında açıq və konstruktiv dialoqlar davamlı təhlükəsizliyin, balanslaşdırılmış inkişafın və region xalqlarının rifah və rahatlığının əsasını təşkil edir.”

Qafqazda mürəkkəb nümunələr

Ermənistan-Azərbaycan münaqişəsinin bir hissəsi kimi Qafqazda proseslərin intensivliyi və sürəti birbaşa İranın ərazi və geosiyasi sərhədləri ilə bağlıdır. İranın şimal sərhədlərindəki bu coğrafi ərazi strateji əhəmiyyətinə, xüsusən də tranzit imkanlarına görə onilliklər əvvəldən böyük qlobal və regional güclərin rol oynadığı məkana çevrilib.

Həmin məsələ, təbii ki, bu regionun aktorlarının xarici siyasəti üçün Qafqazın mürəkkəbliyini daha da artırıb, qərar vermə modellərinin çoxşaxəli olmasına, eləcə də bu mühitdə əməkdaşlıq və rəqabət modellərinin şəbəkələşməsinə səbəb olub.

Cənubi Qafqazda iki müharibənin baş verməsi bu mürəkkəbliyi açıq şəkildə göstərir. İran, Rusiya və Türkiyə əsasən Qafqazın ənənəvi aktyorları kimi tanınır. Buna baxmayaraq, qərblilər, xüsusən də ABŞ bir tərəfdən Ermənistanı xristian ölkəsi kimi müdafiə etmək bəhanəsi ilə, digər tərəfdən, Rusiya sərhədlərinə yaxınlaşmaq və Moskvanı cilovlamaq məqsədi ilə Qafqazda özlərinə ayaq izi açmağa çalışıblar.

Amerikanın 2003-cü ildə Gürcüstanda “Qızıl gül” adı ilə tanınan rəngli inqilab yaratmaqla Qafqazda böhran yaratmaq planı Vaşinqtonun Qafqazda geniş rol oynamaq planını göstərdi.

Bu bölgə ötən illərdə çağırılmamış qonaq da görüb. Sionist rejim Azərbaycanla tədricən əlaqələr qurdu. Bakı ilə Təl-Əviv arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər Cənubi Qafqazı İran üçün təhlükə və

qeyri-sabitlik mənbəyinə çevirmək planına uyğundur.

İranın gündəmi

Belə bir şəraitdə, görünən odur ki, İran son 30 ildə Qafqazda bir növ “aktiv neytrallıq” siyasəti yeritməsinə baxmayaraq, bu dəfə şimal sərhədlərində baş verən hadisələrin yalnız müşahidəçisi olmaq istəmir. 1990-cı illərdə Sovet İttifaqının və iki müstəqil respublikanın Sovet İttifaqının tərkibindən çıxmasından qısa müddət sonra baş verən birinci Qarabağ müharibəsində İran Azərbaycan Respublikası ilə Ermənistan arasında atəşkəs mexanizmində iştirak etdi və 2020-ci ilin payızında ikinci müharibədə də az-çox eyni siyasəti izlədi.

Ermənistanın işğalı altında olan Azərbaycana məxsus torpaqlar kimi uzun müddət davam edən Qarabağ münaqişəsi İranın xarici siyasət seçimlərini məhdudlaşdırmışdı və İranın istənilən siyasəti istər-istəməz İranın Cənubi Qafqazdakı qonşularından birini incidirdi. Bu ərazi məhdudiyyəti baryeri ölkənin diplomatiya və hesablama aparatının qarşısında olmadığı indiki vaxtda, Tehran əvvəlkindən daha çox fəaliyyət azadlığı ilə İranın Qafqaz üçün gündəmini tərtib etməyə doğru irəliləyə bilər.
  • Yazılıb
  • da (də) 2023 Oct 09
  • Göndərən رضا رستمی
Açar sözlər