Tarix : 2023 Sep 27
Kod 63998

Ərdoğan: Dəhlizin İrandan keçməsi mümkündür

Türkiyə prezidenti Naxçıvana səfərinin sonunda İranın Zəngəzur dəhlizi ilə bağlı ideyasını qəbul edərək bildirib: Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olarsa, dəhlizin İrandan keçməsi mümkündür.
 

 

 
arannews:irna-Rəcəb Tayyib Ərdoğan Naxçıvandan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb və gün ərzində baş verənləri dəyərləndirib.
O, Zəngəzur və Laçın dəhlizlərinə toxunaraq deyib: “Arzumuz budur ki, bu yerləri sülh dəhlizinə çevirərək açaq. Həmişə müharibə şəraitində olacaq dəhliz haqqında düşünmək mümkün deyil.”

Ərdoğan əlavə edib: “Zəngəzur dəhlizinin açılması üçün lazımi səyləri göstərəcəyik. Zəngəzur dəhlizinin yaradılması ölkələrə və regionun təhlükəsizliyinə fayda verəcək.”

O, Zəngəzur dəhlizi ilə bağlı bunu da vurğulayıb ki, Bakı-Tehran xəttində tendensiya daha müsbətdir və mühüm hadisələr baş verə bilər.

Türkiyə Prezidenti Qarabağdakı proseslərə işarə edərək deyib: “Azərbaycanın tabeliyində olan Xocalı və Qarabağ üçün sülh və əmin-amanlıq vaxtı gəlib çatıb. Ermənistanın da vəzifəsi regionda sülhün qorunmasına kömək etməkdir.”
Ərdoğan əlavə edib: Zəngəzur dəhlizinin açılması üçün əlimizdən gələni edirik, İrandan da müsbət siqnallar var. Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olarsa, dəhlizin İrandan keçməsi mümkündür.

Türkiyə prezidenti ilk dəfədir ki, İranın Azərbaycanın Zəngəzur dəhlizindən istifadə etmək əvəzinə yük maşınlarının keçid üçün İran ərazisindən istifadə etməsi ideyasını alqışlayır.

Öncəki aylarda Azərbaycan yük maşınlarını İran və Ermənistan sərhədini aradan qaldıracaq Ermənistan ərazisindən, Zəngəzur dəhlizindən keçirməyə cəhd edirdi. Bununla bağlı İran İslam Respublikasının yüksək səlahiyyətli rəsmiləri dəfələrlə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin əleyhinə olduqlarını bəyan etmişdilər. Eyni zamanda vurğulamışdılar ki, İran keçmişdə olduğu kimi Azərbaycanın yük maşınlarını öz ərazisindən qəbul etməyə hazırdır. Belə ki, bu yolla beynəlxalq sərhədləri qorumaqla yanaşı qonşu dövlətlərin də ehtiyacları dostluq və anlayış çərçivəsində həll olunacaq.

Ərdoğan Naxçıvandan qayıdandan sonrakı çıxışı zamanı da vurğulayıb: İnşallah, İranın köməyi ilə dəhlizi işə salacağıq ki, bu da regiona xeyir və bərəkət verəcək.
  • Yazılıb
  • da (də) 2023 Sep 27
  • Göndərən رضا رستمی