Tarix : 2023 Sep 11
Kod 63924

Bakıya bağlı media sionist rejimdəki etiraz aksiyalarına senzura qoyur

Sionist rejimdə etirazların otuz altıncı həftəsi keçirildi və rəsmi Bakı mediası sionist rejimin xaotik vəziyyətini işıqlandırmaq əvəzinə, ötən il İranda baş vermiş iğtişaşların arxiv görüntüləri ilə oynayır!
 
arannews:Maariv qəzeti yazıb: İşğal altındakı Fələstinin müxtəlif bölgələrində Netanyahunun kabinetinin irəli sürməyə çalışdığı məhkəmə islahatı qanununa qarşı ardıcıl 36-cı həftədir etirazlar keçirilir. Bu etirazların əsas məkanlarından biri Təl-Əvivdəki Kaplan prospektidir və bura, etirazların mərkəzi nöqtəsi hesab olunur.
Yediot Aharanot qəzeti də öz saytında vurğulayıb ki, məhkəmə çevrilişinə qarşı etirazlar bu şənbə günü ardıcıl otuz altıncı həftə keçiriləcək. Belə ki, bu həftə Ali Məhkəmənin rasionallıq qanununun ləğvi ilə bağlı verilən şikayətlərə baxılması üçün tarixi iclasının şahidi olacayıq.
Yediot Aharanotun yazdığına görə, minlərlə insan bu etiraz aksiyasını keçirmək üçün Kaplan prospektində toplaşıb və onlarla başqa yerdə də oxşar aksiyalar keçirilib.
Yediot Aharonot əlavə edib: Beer-Şevada aksiyaçılar fənərlər yandıraraq Netanyahunun hərəkətlərinə etirazlarını bildiriblər.
Eyni zamanda aksiyaçılar işğal altındakı Fələstinin Kərkür yol qovşağında konstitusiya böhranına girməklə hədələyiblər.
Haaretz qəzeti şənbə günü axşam Netanyahuya qarşı etirazlarla bağlı xəbərində, onlarla insanın bir aksiyaçının həbsinə etiraz etmək üçün kabinet nazirlərindən birinin Təl-Əvivdəki evinin qarşısına toplaşdığını vurğulayıb.
İsrail Xarici İşlər Nazirliyində siyasətin planlaşdırılması şöbəsinin rəhbəri, baş nazirin ofisində isə Milli Təhlükəsizlik Şurasının rəis müavini olmuş Eran Etzion, Tel-Əvivdə nümayişçilər qarşısında çıxışında İsrailin hazırkı vəziyyətini 11 sentyabr hücumları kimi qiymətləndirib.
E. Etzion daha sonra deyib: Məhkəmə çevrilişi Baş nazir Binyamin Netanyahunun strateji hücumudur. Hər şey Netanyahunun əlindədir. Onun əlində bu çevrilişin vaxtı var və Yariv Levinin (Ədliyyə naziri) bu planı hazırlaması ilə bağlı hər şey yalandır. Bu çevriliş planı tamamilə Netanyahuya məxsusdur. Çünki o, bu çevrilişin həbsdən yayınmaq üçün bir fürsət olduğunu çox yaxşı bilir. Ona görə də, bu məqsədə çatmaq üçün bütün İsraili yandırmağa, ordunu məhv etməyə və Tel-Əvivin Vaşinqtonla əlaqəsini pozmağa hazırdır.
Sionist televiziya kanalı “12” həmçinin bildirib ki, Şabakın keçmiş rəhbəri Yuval Diskin İsrailin təhlükəsizlik qurumlarının rəhbərləri və üzvlərini hakim struktura qarşı mübarizə aparmağa çağırıb ki, İsraildə qanunun aliliyi və güclər bölgüsü yenə də qorunsun.
Y. Diskin Şabakın keçmiş rəhbəri kimi təhlükəsizlik qurumlarının rəsmiləri və sionist rejimin baş qərargah rəisinə xitab edərək deyib: Qanunlar heç vaxt kabinetin əmrlərinə kor-koranə itaət etməli olduğunuzu vurğulamır və bir nazir sizə cavabdeh olan yeganə şəxs deyil.
Qeyd edək ki, Azərbaycan Respublikasına bağlı KİV-lər bu ölkə hökumətinin müttəfiqi, yəni sionist rejiminin vəziyyətinin məhvə doğru olduğu barədə məlumat verməkdən imtina edir, əvəzində arxiv görüntüləri və bir neçə teleqram kanalının cəfəngiyyatı ilə İrana qarşı oynayırlar! Dəqiq olan odur ki, gec-tez pərdələr götürüləcək, əsl dost-düşmənlər, iqtidar sahibləri və uduzanlar bəlli olacaq, lakin o vaxta qədər Azərbaycan mediasının missiyası, həqiqəti bu ölkə xalqına çatdırmaqdır.
  • Yazılıb
  • da (də) 2023 Sep 11
  • Göndərən رضا رستمی