Tarix : 2023 Jul 30
Kod 63700

Xarici ölkələr İranla ixtisaslaşmış neft kimya sahəsində əməkdaşlıq üçün müraciət ediblər

Milli Neft-Kimya Sənayesi Şirkətinin baş direktoru deyib: “İranın neft-kimya sənayesində ölkənin mütəxəssis qüvvələrinin səyləri nəticəsində əldə edilən nailiyyətlər bəzi ölkələrin neft-kimya sahəsində ixtisaslaşmış əməkdaşlığa və İran şirkətlərindən mal, avadanlıq və katalizatorların alınması təlabatına səbəb olub.”
arannews.com:irna- Mürtəza Şahmirzayi ölkədə neft-kimya sənayesinin inkişafı üçün çoxlu imkanların olduğunu bildirərək deyib: “İranın neft-kimya sənayesinin istehsal gücünü artırması ilə eyni vaxtda növbəti illərdə və hədəf bazarlarının genişlənməsi sayəsində, holdinqlərin və neft-kimya şirkətlərinin əməkdaşlığı və yaxınlaşması ilə daha çox əlavə dəyər yaratmaq və son məhsul istehsal etmək üçün addımlar atmalıyıq.”

M. Şahmirzayi əlavə edib: “Dəyər zəncirinin tamamlanmasına uyğun olaraq, müxtəlif polimer və kimya məhsulları tamamlayıcı sənayeyə çevirə bilər və xammal satışını azaltmaqla son məhsul istehsalına və daha çox əlavə dəyər yaratmağa doğru irəliləyə bilərik.”

Neft nazirinin neft-kimya məsələləri üzrə müavini neft-kimya sənayesində səmərəli və ixtisaslaşmış kadr potensialının mövcudluğunu inkişafın əsas amillərindən biri hesab edərək deyib ki, İranın neft-kimya sənayesində əldə olunan fəaliyyət və nailiyyətlər ölkənin ekspert qüvvələrinin səyləri ilə həyata keçirilib və həmin məsələ bəzi ölkələrdən neft-kimya sahəsində ixtisaslaşmış əməkdaşlığa, İran şirkətlərindən mal, avadanlıq və katalizator almaq istəyinin şahidi olmağımıza səbəb olmuşdur.

Böyük neft-kimya sənayesi ailəsinin gözlənilən məqsədlərə çatmaq üçün bütün bacarıq və biliklərini işə salmalı olduğunu vurğulayan Şahmirzayi bildirib ki, bugün İranın bacarıqlı istehsalçılarının əzmi ilə dəyər yaradan neft-kimya sənayesinin inkişafı yerli şirkətlər tərəfindən həyata keçirilir və daxili bilik və təcrübədən ən yaxşı şəkildə istifadə etmək olar. Dəyər zəncirini dəqiq və ardıcıl planlaşdırma ilə tamamlamaq, universitet imkanlarından, tədqiqat mərkəzlərindən, eləcə də yerli istehsalçıların imkanlarından istifadə etməklə inkişaf proqramlarını həyata keçirmək lazımdır. Biliyə əsaslanan şirkətlərin və elm və texnologiya parklarının rolu da təsirli ola bilər.

Milli Neft-Kimya Sənayesi Şirkətinin baş direktoru səy və əzmlə dəyər zəncirinin tamamlanması yolu ilə inkişaf planlarını reallaşdırmağın mümkünlüyünü diqqətə çatdıraraq deyib: “Bu dəyər yaradan sənayenin inkişafı üçün gənclərin rolu çox vacibdir.”

  • Yazılıb
  • da (də) 2023 Jul 30
  • Göndərən رضا رستمی
Açar sözlər