Tarix : 2023 Jul 16
Kod 63649

Hərbi həkimlər qondarma İsrail hökumətinə qarşı

Sionist rejim olan İsrailin ordu pilotlarının Netanyahuya etirazlarından sonra, bu dəfə növbə hərbi həkimlərə çatıb və onlar da Netanyahunun məhkəmə dəyişikliyi planının dayandırılmasını istəyiblər.
arannews.com : Sionist rejimin ordusunda çalışan ehtiyatda olan həkimlər də işğal olunmuş Fələstin torpaqlarında əhali ilə birlikdə Netanyahunun məhkəmə dəyişikliklərinin davam etməsi səbəbindən itaətsizlik edib nümayiş keçiriblər.
 
Bu nümayişin təşkilatçıları, sionistlərdən bazar ertəsi günü də işğal olunmuş Fələstinin küçələrinə çıxıb etiraz aksiyalarında iştirak etmələrini istəyiblər.
 
Onlar vurğuladılar ki, etirazların məqsədi İsraildə məhkəmə dəyişikliklərini dayandırmaq üçün təzyiq yaratmaqdır. Bu dəyişikliklər orduya külli miqdarda ziyan vurur, sionist rejimin iqtisadiyyatını məhv edir və cəmiyyətdə boşluq yaradır.
 
Etirazçılar vurğulayıblar ki, həlledici məqam gəlib çatıb və biz həmkarlar ittifaqı və iqtisadi qurum və orqanlardan ümumi tətil elan etməyi və etirazlara qoşulmağı xahiş edirik.
 
Bununla əlaqədar sionist ordusunun yüzlərlə ehtiyat həkimi hərbi xidmətini dayandırıb və məhkəmə dəyişikliklərinin dayandırılmasını tələb ediblər.
 
Bu xəbərə əsasən, təxminən bir həftə əvvəl sionist rejimin Knesseti ilkin mərhələdə məhkəmə dəyişiklikləri planının icrasını təsdiqləmişdir. Bu, işğal olunmuş ərazilərdə etiraz aksiyalarının genişlənməsinə və ordu qüvvələrinin hərbi xidməti yerinə yetirməsinə itaətsizlik göstərməsinə səbəb oldu. Belə ki, hazırda növbə ordu həkimlərinə çatıb.
 
Sionist rejim olan İsrailin ordusunun həkimləri, o cümlədən psixiatrlar bu rejimin hərbi tibb mərkəzinə göndərdikləri məktubda Netanyahunun məhkəmə dəyişikliklərinin dayandırılmasını tələb ediblər.
 
Dünən İsrail Hərbi Hava Qüvvələrinin pilotları Netanyahunun kabinetinin məhkəmə dəyişikliklərinin təsdiqi prosesinin davam etməsi səbəbindən gələn həftənin əvvəlindən təlim məşqlərində iştirak etməyəcəklərini açıqlayıblar.
 
Sionist rejimin baş naziri Benyamin Netanyahu bu rejimin pilotlarının itaətsizliyinə cavab olaraq bildirdi ki; İsrail “bir neçə pilot”un iştirakı olmadan da öz yoluna davam edə bilər.
 
Netanyahu tətil edən hərbçi və pilotlara söz ataraq dedi: İsrail yalnız kabinet olmadan yoluna davam edə bilməz.
 
Bu bəyanatlar sionist rejimin mediası çərşənbə günü orduda 500-ə yaxın pilot və ehtiyatda olan zabitin məhkəmə dəyişiklikləri ilə bağlı qanun layihəsinə etiraz olaraq fəaliyyətlərini dayandırmağı planlaşdırdıqlarını elan etdikdən sonra verilib.
 
İsrail Hərbi Hava Qüvvələrinin bu təcrübəli zabitləri, o cümlədən onların yüksək rütbəli rəisləri bir mesajla pilotların etirazlarını dəstəklədilər.
Bu zabitlər pilotlara ünvanladıqları mesajda vurğuladılar ki, etirazlarınızı və vəzifə borcunuzu pozmağınızı çəkinmədən dəstəkləyirik.
İyulun 11-də sionist rejimin 350 pilotu etiraz aksiyası keçirərək, artıq xidmət etmək istəmədiklərini bəyan ediblər.
Sionist mediası elan edib ki, İsrail Hərbi Hava Qüvvələri pilotlarının məhkəmə dəyişikliklərinə etirazları bu rejimin baş nazirinin məhkəmə çevrilişi həyata keçirməsi qarşısında ən həssas zəifliyidir.
Digər tərəfdən, sionist rejim olan İsrail Ordusunun Baş Qərargah rəisi vurğulayıb ki, yüzlərlə pilotun Hərbi Hava Qüvvələrindən istefası bu qüvvələrin fəaliyyətinə ciddi və real ziyan vuracaq.
  • Yazılıb
  • da (də) 2023 Jul 16
  • Göndərən رضا رستمی
Açar sözlər