Tarix : 2021 Sep 03
Kod 61624

Qarabağın minalardan təmizlənməsinə 13 il lazımdır

Azərbaycanda ötən həftə ərzində ərazilərin yalnız 179 hektarını minanlardan təmizləyə bildiyini xəbər verib.

Arannews :Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin direktoru Qəzənfər Əhmədov Turan Xəbər Agentliyi ilə müsahibədə deyib ki, ərazinin 14 min kvadrat metrlik hissəsinin təmizlənməsi tələb olunur ki, bu da 13 ilə qədər gərgin vaxt apara bilər.
Onun sözlərinə görə, çətinlik ondadır ki, ermənilər bölgəni tərk edərkən əsas iqtisadi obyektləri - elektrik xətlərini, su rezervuarlarını, həmçinin qəbiristanlıqları minalayıblar.
Prezident İlham Əliyev 2021-ci ildə Qarabağda minalardan təmizləmə işlərinə 60 milyon dollardan artıq vəsaitin ayrılmasını tapşırıb. Lakin torpaqların təmizlənməsi işi ləng gedir ki, bu da azad edilmiş ərazilərə qayıtmaq istəyən qarabağlı azərbaycanlıların narazılığına səbəb olur. Bəziləri qadağaları pozaraq təhlükəli ərazilərə keçir və minaya düşür. Münaqişə başa çatdıqdan iyunun ortalarınadək minalardan və digər partlayıcı qurğulardan 140-dan çox adam xəsarət alıb, 30 nəfər  mina partlayışında həlak olub. Həmçinin erməni tərəfdə və rusiyalı sülhməramlılar arasında xəsarət alanlar var.
Rəsmi Bakı bildirib ki, erməni tərəfin təqdim etdiyi minalanmış sahələrin xəritələri qismən səhih deyil və bu, problem olaraq qalır. İyulun 3-də bildirilib ki, Ermənistan işğal zamanı Füzuli və Zəngilan rayonlarında basdırılmlş təxminən 92 min ədəd tank  və piyada əleyhinə minanın xəritəsini Rusiyanın təşəbbüsü ilə Bakıya verib.
Cavab addımı kimi Azərbaycan məhkəmə qərarı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və təyin olunmuş cəza müddəti bitmiş 15 ermənini Ermənistana təhvil verib.
Hələ 12 iyun 2021-ci il tarixindən öncə Gürcüstan, ABŞ və Avropa İttifaqının köməyilə Ermənistan Ağdam rayonunda minalı sahələrin xəritəsini Azərbaycana verib, əvəzində Bakı saxlanılan 15 ermənini Yerevana verib.

  • Yazılıb
  • da (də) 2021 Sep 03
  • Göndərən جهان کمالی