Tarix : 2020 Jan 04
Kod 59260

AİP Hacı Mövsüm Səmədova azadlıq tələb etdi

Azərbaycan İslam Partiyası həbsdəki sədrilə bağlı bəyanat verib

 "Arannews-islamınsəsi"nə istinadən xəbər verir ki, Azərbaycan İslam Partiyası həbsdəki sədri Mövsüm Səmədovla bağlı bəyanat verib. Bəyanatda deyilir:

“Yanvarın 7-si, Azərbaycan İslam Partiyasının sədri Doktor Hacı Mövsüm Səmədovun həbsindən 9 il ötəcək. Əməlində heç bir cinayət tərkibi olmadan şərlənərək azadlıqdan məhrum edilmiş Hacı Mövsüm Səmədovun həbsinin əsl səbəbləri Azərbaycan cəmiyyəti üçün hələ də müəmma olaraq qalır. Bu da tanınmış din aliminin, həkim, vətənpərvər, xalqını canından çox sevən bir insanın əqidədaşlarının, ölkəmizin bütün ibadət əhlinin haqlı narahatlığına və narazılığına səbəb olur. İslamçılar partiya sədri Hacı Mövsüm Səmədovun ölkə rəhbərliyinin də etiraf etdiyi korrupsiya, rüşvətxorluq, cəmiyyətimizdə mənəvi aşınmaya şərait yaradan hallar barədə kəskin tənqidi münasibət və çıxşlarının, haqlı etirazlarının saxta və qondarma ittihamlarla qarşılanmasını ədalətsizlik, ona qarşı qeyri-adekvat addım kimi qiymətləndirir.

 Hacı Mövsüm Səmədov nəinki ölkə daxilində, bir sıra qardaş müsəlman ölkə ictimaiyyətinin də tanıdığı dəyərli alim, İslam elminin, təfəkkürünün dağıyıcısı kimi qiymətləndirilir. Göründüyü kimi, onun şəxsi dəyərləri, böyük hörmət və nüfuza malik olması, cəmiyyətə doğrunu təlim edərək pisliklərdən çəkindirməsi Azərbaycanda müxtəlif maraqları olan bəzi qütbləri nəinki təmin etmir, bəlkə də çox ciddi narahat edir. Məhz Hacı Mövsüm Səmədovun və onun kimi din alimlərinin həbsi xalqımızın düşmənlərini, xüsusən dünyanın işğalçı rejim rəhbərlərini, erməni qəsbkarlarını sevindirir. Çünki İslam alimlərinin, o cümlədən M.Səmədovun həbsi ölkəmizdə mənəviyyatın aşınmasında maraqlı olan xarici qüvvələr üçün geniş və maneəsiz meydan açır.

 Avropanın qeyri-sağlam dəyərlərini ölkəmizə daşımağa səy göstərənlər, bu istiqamətdə böyük maliyyə sərf edənlər üçün xalqını, vətənini sevən, cəmiyyətin mənəvi saflığını qorumağa çalışan, onun gələcəyini düşünən insanların cəmiyyətdən təcrid olunması böyük qələbədir. Azərbaycan müsəlman dünyasının bir parçası, şərqin qapısıdır. İslam dininin təbliğ və yayılmasında ölkəmizin din alimlərinin, tarixi şəxsiyyətlərimizin qiymətsiz rolu olmuşdur. Milli-mənəvi dəyərlərimizin qorunmasında İslam alimnlərinə münasibət, dini bayram və mərasimlərinin, müqəddəs İslam şəxsiyyətrlərinə verilməli olan ictimai dəyərin rolu əvəzsizdir. Artıq 9 il məhbus həyatı yaşayan hacı Mövsüm Səmədovun haqsız olaraq azadlıqdan məhrum edilməsini dünyanın bir sıra hüquqi təşkilarları, insan hüquqlarının müdafiə institutları etiraf edir.

 Amma biz ölkəmizin indiki müstəqillik dövründə İslam dininin müqəddəsliyi, paklığı, humanizmi, mütərəqqiliyi, ədaləti, mərhəməti və mənəviyyatı təkcə sözdə və dildə deyil, əməldə də icra olunmasını istəyirik. Bu baxımdan cəmiyyətimiz adından İslam alimlərinin, o cümlədən haqsız yerə məhbus həyatı yaşayan Doktor Hacı Mövsüm Səmədovun tezliklə azad edilməsini tələb edirik. Hesab edirik ki, hakimiyyət dairələri mütərəqqi insanların həyatını cəmiyyətin saflığına və sağlam gələcəyinə qurban verən və bu gün cəmiyyətdən təcriddə yaşayan İslamn alimlərinin tezlikllə azadlığa çıxmalarına rəvac verəcək.”  

  • Yazılıb
  • da (də) 2020 Jan 04
  • Göndərən جهان کمالی