Tarix : 2019 Nov 26
Kod 59102

Gürcüstan müxalifəti yeni aksiyalara başlayır

; Gürcüstan müxalifəti yeni aksiyalara başlayır Nov 26, 2019 admin Arxiv, Islam, Xəbər lenti, Xəbərlər 0 Gürcüstanın birləşmiş müxalifəti parlamentin qarşısında yeni etiraz mitinqi və piket keçirəcəyini elan edib.

Arannews-Sputnik Gürcüstan”-a istinadən xəbər verir ki, müxalifət nümayəndələri, vətəndaş fəalları və sadə insanlar bu gün saat 19:00-da Respublika meydanına toplaşacaqlar. Daha sonra onlar Rustavelli prospektindən parlament binasına doğru hərəkət edəcəklər.

Onlar çərşənbə axşamı “Gürcü Arzusu” nümayəndələrinin parlament binasına girişinə mane olmaq üçün burada piket keçirəcəklər. Müxalifət partiyalarının liderləri bir gün əvvəl İşçi Partiyasının ofisində keçirdikləri birgə iclasda tədbirlər planının təfərrüatlarını müzakirə ediblər.

“Düşünürəm ki, Bidzina İvanişvili güzəştə gedənə qədər bu proses davam edəcək”, – deyə “Milli Hərəkat”ın liderlərindən biri Nik Meliya bildirib.

  • Yazılıb
  • da (də) 2019 Nov 26
  • Göndərən جهان کمالی