Tarix : 2019 Nov 25
Kod 59098

ب

AXCP Rəyasət Heyətinin üzvü azadlığa çıxıb

AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli azadlığa çıxıb.

Onun cəzası bu gün başa çatıb və azadlığa buraxılıb.

Qeyd edək ki, A.Yusifli 2014-cü ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Yusifli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə isə onun 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasını 5 ilə endirib./Report

  • Yazılıb
  • da (də) 2019 Nov 25
  • Göndərən جهان کمالی