Tarix : 2019 Nov 25
Kod 59097

Erməni jurnalistlər Bakının mərkəzindən şəkil paylaşdılar

Erməni jurnalistlər Bakının mərkəzindən şəkil paylaşdılar

Arannews-Bakıda səfərdə olan Ermənistandan olan jurnalistlər paytaxtın mərkəzindən şəkil paylaşıb.

noyabrın 17-dən 21-dək Ermənistan və Dağlıq Qarabağ jurnalistlərinin Azərbaycana və Azərbaycandan olan jurnalistlərin də Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərləri baş tutub.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin razılığı və Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin iştirakı ilə həyata keçirilən səfər zamanı Bakıya gələnlər “Şant” TV-nin əməkdaşı Artyom Yerekyan, “Mediamaks” İnformasiya Agentliyinin baş redaktoru David Alaverdiyan və Qarabağdakı separatçı rejimin “İctimai TV”sinin əməkdaşı Edqar Elbakyandır..

Azərbaycandan  Ermənistana  isə “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib

  • Yazılıb
  • da (də) 2019 Nov 25
  • Göndərən جهان کمالی