Tarix : 2019 Jul 28
Kod 58574

Şəmxani: İranın ingilis tankeri müsadirə etmək üzrə addımı tamamilə qanunidir

Şəmxani: İranın ingilis tankeri müsadirə etmək üzrə addımı tamamilə qanunidir

Arannews-Iranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ingilis tankerin Hörmüz boğazında müsadirə olunmasına işarə edərək, vurğulayıb: İngiltərənin Cəbəlüttariqdə İran neftini daşıyan bir tankeri qanunsuz şəkildə müsadirə etdiyi dəniz quldurluğunun əksinə olaraq, İranın addımı tamamilə qanunidir.

Əli Şəmxani bu gün Tehranda Omanın xarici işlər naziri Yusif bin Ələvi ilə görüşdə vurğulayıb ki, İranın Hörmüz boğazında ingilis tankeri müsadirə etmək üzrə addımı dənizçilik təhlükəsizliyinin qorunması və dəniz qaydalarının tətbiqi istiqamətində atılıbdır. O, əlavə edib: Bütün ölkələr beynəxlalq dənizçilik qanunlarına riayət etməlidirlər.

Şəmxani həmçinin İranın qonşularla anlaşmaya və təmkinliliyə əsaslanan münasibətlərin izlənilməsindəki stabil siyasi kursuna təkid edərək, söyləyib: Bəzi region ölkələri tələsik və təkəbbürlü rəftar və addımlar ilə dialoq və anlaşma zəminini aradan götürərək, bölgəni ciddi problemlərlə üzləşdiriblər.

Yusif bin Ələvi də bu görüşdə əmin-amansızlıq və səbatsızlığın genişlənməsinə rəvac verən addımlardan çəkinmə və bölgədə gərginliyin artmasının qarşısını almaq üçün ötən təcrübələrdən bəhrələnmənin vacibliyini vurğulayaraq, deyib: Bütün ölkələr xüsusən Hörmüz boğazında təhlükəsizlik qaydalarına riayət etməli və böhranın yaranmasına səbəb olan addımlardan çəkinməlidirlər.

  • Yazılıb
  • da (də) 2019 Jul 28
  • Göndərən جهان کمالی