Tarix : 2019 Jun 26
Kod 58392

İrana qarşı müharibəyə Trampın əl-qolunu bağlayan elementlər

İki amerikalı ekspert İrana qarşı müharibədə ABŞ-ın əl-qolunu bağlayan elementləri araşdırıb.
“Arannews-Carneg Fondu”nun (Carnegie Corporation of New York) tanınmış siması Riçard Sukuleski və Xarici İşlər Nazirliyinin Yaxın Şərq məsələləri üzrə sabiq müşaviri Aaron David Miller “NPR” saytında “Nə üçün müharibə Tramp və Amerika üçün pisdir” başlıqlı məqalələrində Trampın İrana qarşı müharibə edə bilməməsinin səbəblərini araşdıraraq yazıblar: 
“Tramp dövləti İrana hərbi müdaxilənin hansı nəticələr verəcəyini açıq və realcasına açıqlamır. İranı parçalamaq mümkün deyil. İran çox böyük və güclüdür. Amerikanın İrana hərbi müdaxilə etməsi ilə qarışıqlıqdan istifadə edərək süqut üçün zəminə yarada biləcək müxalifətçi bir güc də yoxdur.”
Araşdırmanın davamında İranın regionda müttəfiq və himayətçilərinə işarə edilir və İrana hücumun Amerika üçün çox baha başa gələcəyi vurğulanır. Habelə bu istiqamətdə İraq, Livan, Yəmən və Əfqanıstan kimi ölkələrin mühüm rollarına toxunulur.
Ekspertlərin təhlilində qeyd olunur ki, hədəfsiz və nəticəsiz bir müharibəyə başlamaq Amerika üçün sonu bilinməyən bir münaqişə yaranmasına səbəb olar.
Araşdırmanın digər hissəsində izah olunur ki, Corc Buş prezident olduğu dövrdə İraq əleyhinə müharibə üçün kiçik bir koalisiya yarada bildi. Lakin Amerikanın hazırkı dövləti hal-hazırda ən çoxu kiçik bir qrupun diplomatik dəstəyini ala bilər, yaxud Ərəbistan, BƏƏ, İsrail və İngiltərədən ibarət çox kiçik hərbi koalisiya yarada bilər.
  • Yazılıb
  • da (də) 2019 Jun 26
  • Göndərən جهان کمالی