Tarix : 2019 Jun 25
Kod 58387

Seyid Sədr tərəfdarlarını etirazlara səslədi

raqın Sədr hərəkatının lideri Seyid Müqtəda Sədr tərəfdarlarını etirazlara səsləyib

"Arannews-Shafaqna"ya istinadən xəbər verir ki, İraqın Sədr hərəkatının lideri Seyid Müqtəda Sədr bəyanat yayaraq ölkənin mövcud şərtlərinə etiraz əlaməti olaraq mitinq təşkil olunmasını tərəfdarlarından istəyib.

Müqtəda Sədr, hökümətin korrupsiya ilə mübarizə və xalqa xidmətlə bağlı asta hərəkət etdiyini bildirərək, tərəfdarlarını təşkil olunacaq aksiyalara dəvət edib.

Bu açıqlamadan sonra 2016-cı ildə olduğu kimi yeni etiraz dalğalarının start veriləcəyi gözlənilir.

Sədrin bu açıqlamasının, İraq parlamentinin bu gün baş nazir Adil Abdulmehdinin kabinetinin etibar səsi alacağı ilə bağlı eyni vaxta təsadüf etməsi diqqət çəkib.

  • Yazılıb
  • da (də) 2019 Jun 25
  • Göndərən جهان کمالی