Tarix : 2019 Jun 22
Kod 58369

Mahir Salah: "Fələstinli qaçqınlar işinin ləğvinə icazə verməyəcəyik"

İslami Müqavimət Hərəkatı HƏMAS-ın Fələstin xaricindəki lideri Mahir Salah istər "Əsrin müqaviləsi", istərsə də başqa bir planla fələstinli qaçqınlar işinin ləğvinə yol verməyəcəklərini söyləyib.

Arannews-Mahir Salah fələstinli qaçqınların qeyd-şərtsiz vətən torpaqlarına qayıtmaq və gələcəklərini təyin etmə haqqına sadiq qalacaqlarını qeyd edib.

Dünya Qaçqınlar Günü münasibətilə ofisi vasitəsilə bəyanat verən Mahir Salah fələstinli qaçqınlar işinin dünyada ən mühüm və ən mürəkkəb iş olduğunu bildirib.

Fələstin daxilində və xaricində yaşayan qaçqınların sayının 8 milyona çatdığını bildirən Mahir Salah fələstinli qaçqınlar işinin ən ədalətli iş olduğunu qeyd edib.

Mahir Salah fələstinli qaçqınların çıxarıldıqları vətən torpaqlarına qayıtması və onlara təzminat ödənilməsi məsələsində Birləşmiş Millətlər Təşkilatının qətnamələri olduğuna diqqət çəkib.

Fələstinli qaçqınlarla bağlı beynəlxalq qərarların tətbiq olunmasını istəyən Mahir Salah beynəlxalq ictimaiyyətin və başda UNRWA olmaq üzrə humanitar yardım təşkilatlarının fələstinli qaçqınlara yardım etməli olduğunu söyləyib.

İşğalçı rejimin fələstinliləri zorla köçürməyi davam etdirdiyini xatırladan Mahir Salah UNRWA-nın xidmətlərinin məhdudlaşdırılmasına qarşı olduqlarını dilə gətirib.

Mahir Salah torpaqlarında fələstinli qaçqınları saxlayan ölkələrə də səslənərək, qaçqınlara humanitar və sosial haqqlarının verilməsini istəyib.

Felestin.info

  • Yazılıb
  • da (də) 2019 Jun 22
  • Göndərən جهان کمالی