Tarix : 2018 Dec 10
Kod 57147

Azərbaycan R. gələn ildən neft hasilatını azaldacaq

Azərbaycan Respublikası OPEK-in qərarının ardınca gələn ildən öz neft hasilatını gündə 20 min barrel azaldacaq.

Arannews-Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov OPEK-ə üzv və qeyri-üzv ölkələrin gündəlik neft hasilatının azaldılması barədə Vyanada əldə etdikləri son razılaşmanı mühüm dəyərləndirərək, deyib: Əldə olunmuş razılaşma neft istehsalçıları, neft bazarı və neft sənayesinin inkişafı üçün mühüm bir addımdır.Bu razılaşmaya əsasən, OPEK-ə üzv ölkələr 2019-cu ilin yanvarından öz gündəlik neft hasilatlarını 800 min, qeyri-üzv ölkələr isə 400 min barrel azaldacaqlar.

  • Yazılıb
  • da (də) 2018 Dec 10
  • Göndərən مدير سايت Aran News