Tarix : 2016 Nov 21
Kod 56991

Bir qrup rusiyalı əhli-sünnə İmam Rzanın (ə) hərəmini ziyarət edib

Rusiyanın bir qrup əhli-sünnə zəvvarı müqəddəs Məşhəd şəhərinə gələrək İmam Rzanın (ə) hərəmini ziyarət edib, hərəmin xarici zəvvarların işləri üzrə idarəçilik proqramları ilə tanış olub.

AranNews – Rusiyadan 10 nəfərlik bir qrup əhli-sünnə zəvvarı müqəddəs Məşhəd şəhərinə gələrək İmam Rzanın (ə) hərəmini ziyarət edib, hərəmin xarici zəvvarların işləri üzrə idarəçilik proqramları ilə tanış olub.Qrupun rəhbəri onların İmam Rza (ə) hərəmini ziyarət etmək üçün ilk dəfə İranda olduqlarına işarə edərək deyib: “Qrup üzvləri İmam Rza (ə) hərəminin mənəvi və ruhani mühitini gördüklərinə görə sevinc hissi duyurlar. Onların bu müqəddəs məkanda şiəliklə tanış olmaları Allahın rəhmətindəndir.”Zəvvar heyəti ilə üçüncü dəfə olaraq ziyarətə gəlmiş Moskva şəhərində şiələrə bağlı “Anar Xazrat” İslam Müəssisəsinin direktor müavini Cinar Vasilov deyib: “Qrup üzvlərinin şiəliklə heç bir tanışlığı yox idi. Bu səfər səbəb oldu ki, onlar şiəlik barədə geniş məlumata malik olsunlar. Hərəm xadimlərinin əhli-sünnə zəvvarlarına görtərdikləri hörmət, diqqət, xidmət və imkanlar onlara yaxşı təsir bağışladı.”

  • Yazılıb
  • da (də) 2016 Nov 21
  • Göndərən مدير سايت Aran News