Tarix : 2018 Sep 26
Kod 56507

İspaniyadan İsraili qəzəbləndirəcək addım: Fələstini tanımağa hazırıq

Bu haqda İspaniyanın xarici işlər naziri Xosep Borrel açıqlama verib.
Arannews-İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, İspaniya Avropa İttifaqı çərçivəsində Fələstinin müstəqil dövlət kimi tanınması hərəkatına başçılıq etmək niyyətindədir.

Bu haqda İspaniyanın xarici işlər naziri Xosep Borrel açıqlama verib.Onun sözlərinə görə, İspaniya yaxın zamanda Avropadan olan öz həmkarları ilə bu məsələ üzrə “intensiv” məsləhətləşmələrə başlamaq niyyətindədir.

O qeyd edib ki, əgər Avropada bu məsələyə dair həmrəylik əldə olunmasa, İspaniya birtərəfli qaydada Fələstini müstəqil dövlət kimi tanımağa hazırdır.Xatırladaq ki, İspaniya 2014-cü ildə Böyük Britaniya və İrlandiya ilə yanaşı Fələstinin tanınması üzrə simvolik sənəd qəbul edib, lakin bu qətnamə icbari qüvvəyə sahib deyil.


  • Yazılıb
  • da (də) 2018 Sep 26
  • Göndərən مدير سايت Aran News