Tarix : 2018 May 07
Kod 55187

Qonşu ölkədə İŞİD-ə qoşulan 16 qadın həbs olundu

Qonşu ölkədə İŞİD terror qruplaşmasına qoşulan 16 qadın həbs olunub

Arannews-İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Tehran prokuroru Tehranın inqilab məhkəmələrində 16 İŞİD-çi qadına hökm oxunduğunu bildirib.

"Bu qadınlar terrorçu İŞİD qrupuna dəstək vermək üçün Suriyaya getmişdilər və İrana qayıdarkən həbs olundular.", - deyə Tehran şəhərinin prokuroru Abbas Cəfəri Dövlətabadi  bildirib.

Tehran prokuroru  bu qadınların terror aktları törətmək üçün təlimat aldıqlarını bildirərək deyib: İslam İnqilabı Məhkəməsi prokurorluq tərəfindən qaldırılan şikayət əsasında onları, həbs, İŞİD qrupundan maaş kimi alınmış 300 milyon tümənin qaytarılması və təkmilləşdirici cəzalara məhkum edib". 


  • Yazılıb
  • da (də) 2018 May 07
  • Göndərən مدير سايت Aran News