Tarix : 2018 Apr 06
Kod 54854

Gürcüstan hökuməti yeni sülh təşəbbüsü ilə çıxış edib

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili hökumət iclasında yeni “Uğurlu gələcəyə addım” adlı sülh təşəbbüsünü təqdim edib.

Arannews-APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazir təşəbbüsü ölkənin sülh və sabit inkişafı istiqamətində alternativi olmayan addım adlandırıb. 
G. Kvirikaşvili bildirib ki, Gürcüstan hökuməti barışıq siyasəti çərçivəsində konkret addımlar atır: “Bu addımların məqsədi Tsxinvali regionu və Abxaziyada yaşayan əhalinin sosial-iqtisadi və humanitar şəraitinin yaxşılaşdırılması, həmçinin ümumi maraqlara əsaslanan münasibətlər və əlaqələrin təşviqidir”.
Baş nazirin sözlərinə görə, sülh təşəbbüsləri üçün qanunvericiliyə düzəlişlər paketi üç əsas istiqaməti nəzərdə tutur: “Birinci istiqamət bölücü xətt üzrə ticarətin genişləndirilməsidir. 
İkinci və üçüncü istiqamətlər isə əlavə keyfiyyətli təhsilə yiyələnmənin asanlaşdırılması və ölkənin inkişafı nəticəsində əldə olunmuş rifah və faydalardan yararlanmaq üçün mexanizmlərin yaradılmasıdır”

  • Yazılıb
  • da (də) 2018 Apr 06
  • Göndərən مدير سايت Aran News