Tarix : 2018 Feb 26
Kod 54505

Fəcr Şer Festivalında türk ədəbiyyatına aid xüsusi bölmə

12-ci Fərc Şer Festivalında İranın türk ədəbiyyatı adlı xüsusi bölməyə yer verilib.

AranNews-in “12-ci Beynəlxalq Fərc Şer Festivalı”nın İfilm ictimai əlaqələr bölməsinə istinadla verdiyi məlumata görə, Beynəlxalq Fərc Şer Festivalı öz mətbuat konfransını Şərqi Azərbaycanın Təbriz şəhərində keçirib. Festivalın icra katibi Mehdi Qəzəli İranda türk şerinin tarixinə işarə edərək deyib: “İnqilabdan əvvəl türk əsərlərinin ümumi nəşri qadağan idi. Biz indi İslam İnqilabının 40-cı ildönümü astanasında son on ildə türkcə nəşr edilmiş ədəbiyyat əsərlərini gözdən keçirmək istəyirik.”

Mehdi Qəzəli xatırladıb: “Təbriz və Azərbaycan fars və türk şerləri üçün xüsusi əhəmiyyət daşıyır. Türkdilli ölkələr arasında türk ədəbiyyatının beşiyi İrandır.”

Festivalın icra katibi əlavə edib: “İslam İnqilabından sonra İranda 150-dən çox türk dilində şer kitabı çap olub. Ona görə də bu dəfəki festivalda İranın türk ədəbiyyatı adlı xüsusi bölməsi olacaq. Bu bölmədə 200-ə yaxın türkcə əsər araşdırılacaq və münsiflərin qərarına veriləcək.”

M. Qəzəli yekun mərasimindən bir gün əvvəl şer gecəsi proqramı icra ediləcəyini bildirərək deyib: “24 fevralda Təbrizdə şer məclisi keçiriləcək. Bu məclisdə azərbaycanlı şairlər şer oxuyacaqlar.”

Festivalın xarici qonaqları barədə məlumat verən icra katibi deyib: “Bu festivalın xüsusi bölməsinə diqqət etməklə türk ədəbiyyatı ilə bağlı qonşu ölkələrdən qonaqlarımız olacaq.”

Mehdi Qəzəli sonda media və mədəniyyət əməkdaşlarını festivalın yekun mərasimində iştirak etməyə dəvət edərək deyib: “Beynəlxalq Fəcr Şer Festivalının yekun mərasimi fevralın 25-də bazar günü saat 16-da Təbrizin Petro-Kimya salonunda təşkil ediləcək.”

  • Yazılıb
  • da (də) 2018 Feb 26
  • Göndərən مدير سايت Aran News
Açar sözlər