Tarix : 2018 Feb 17
Kod 54421

11-ci Qəzəb Cüməsində sionist hərbçilərlə Fələstin vətəndaşları toqquşub

11-ci Qəzəb Cüməsində fələstinli gənclər İordan çayının qərb sahilində əl-Birə şəhərinin şimal girişində sionist rejim hərbçiləri ilə toqquşublar.
Arannews-Əl-Aləm televiziyasının məlumatına görə, İsrail rejimi hərbçiləri bu gün bu rejimin İordan çayının qərb sahilində reyt keçirən qüvvələrinə doğru molotof kokteyli və daş atmaq ittihamı ilə12 fələstinli gənci saxlayıb və bir neçə fələstinlini də yaralayıb.
ABŞ prezidenti Donald Trampın 2017-ci il 6 dekabrda Qüdsün sionist rejimin paytaxtı elan olunması ilə bağlı qərarından sonra, hər həftə cümə günü İordan çayının qərb sahilinin müxtəlif şəhərləri və Qəzzə zolağı anti-sionist və anti-ABŞ aksiyaların şahididir.
Bu qarşıdurmalarda indiyə qədər onlarla fələstinli şəhid olub.
  • Yazılıb
  • da (də) 2018 Feb 17
  • Göndərən مدير سايت Aran News