Tarix : 2018 Feb 16
Kod 54402

Türkiyə prezidenti ABŞ dövlət katibini qəbul edib

Anakarada səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

Arannews-FaktXəbər-in verdiyi məlumatına görə, jurnalistlər üçün qapalı olan görüş Bakı vaxtı ilə 20.40-da başlayıb.  

Həçinin 16 fevral tarixində Reks Tillersonun xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü də nəzərdə tutulub.

Görüşlərdə ABŞ-ın Suriyada PYD/PKK terrorçularına göstərdiyi dəstək, Türkiyənin Afrində həyata keçirdiyi əməliyyatlar, Suriyada vəziyyət və ikitərəfli əlaqələrdə yaranmış problemlər  və gündəmdə olan digər məsələlərin müzakirə olunacağı bildirilmişdi. 

  • Yazılıb
  • da (də) 2018 Feb 16
  • Göndərən مدير سايت Aran News