Tarix : 2017 Nov 26
Kod 53544

Vəkili işini vicdanla görməkdən nə saxlaya bilər

Son zamanlar siyasi işlərdə müdafiəçi kimi çıxış edən vəkillərə qarşı təzyiqlər başlayıb. Bir neçə vəkildən Vəkillər Kollegiyasına şikayət edilib. Ötən həftə isə vəkil Yalçın İmanov Pentensiar Xidmətin şikayəti əsasında Vəkillər Kollegiyasından çıxarılıb.
Arannews:meydan.tv-istinadən xəbər:Son zamanlar siyasi işlərdə müdafiəçi kimi çıxış edən vəkillərə qarşı təzyiqlər başlayıb. Bir neçə vəkildən Vəkillər Kollegiyasına şikayət edilib. Ötən həftə isə vəkil Yalçın İmanov Pentensiar Xidmətin şikayəti əsasında Vəkillər Kollegiyasından çıxarılıb. Şikayətə səbəb Nardaran hadisələrinə görə həbs edilən Hüseyn Abbasın işgəncə görməsi ilə bağlı açıqlamasını vəkil vasitəsilə ictimailəşdirməsidir. Pentensiar Xidmət işgəncə faktını yalanlamaqla yanaşı onu yayan vəkilin də cəzalandırılmasını istəyib.
İctimia-siyasi fəallar vəkillərə qarşı təzyiqi pisləyir, bunu hüquqazidd addım kimi qiymətləndirirlər. Bəs sadə insanlar bu haqda nə düşünür? Meydan TV “Vəkili işini vicdanla görməkdən nə saxlaya bilər” sualı ilə Bakı sakinlərinə müraciət edib:
- Məncə, siyasi təhdidlər, siyasi qorxu. Hamının bir nəfərə tabeliyi
- Məsul şəxs tərəfindən təzyiq görəndə
- Yəqin ki, pul (rüşvət) olar.
- Pul çəkindirə bilər, vicdana ancaq o əngəl ola bilər ki, işini düzgün görməsin. Ümumiyyətlə, bütün peşələrdə belədir.
- Vicdanlı olmamağı
- Rüşvət, korrupsiya nəyəsə ehtiyacı olar, ya da qorxacaq yeri. Onda, o, öz işini haqqı ilə görməyəcək.
- Azərbaycan reallığında onu ancaq qorxu çəkindirə bilər. Bu, həm işi ilə, həm də nüfuzu ilə bağlı ola bilər. Təhdidlər ola bilər, amma, məncə, yaxşı vəkil işini görə bilməyəcəndə çəkilib kənarda durmalıdır. Yoxsa, vəkillik edim deyə vicdanını satmaq düzgün deyil.
tagsVideo

  • Yazılıb
  • da (də) 2017 Nov 26
  • Göndərən مدير سايت Aran News