Tarix : 2017 Oct 12
Kod 52993

Təbrizin imam cüməsi: Aşura Türkiyə və Azərbaycanda tarix yaratdı

Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi: Bu ilin məhərrəm günləri, Tasua və Aşurası Türkiyə və Azərbaycan ölkələrində çox əzəmətli keçirildi və tarix yaratdı.

AranNews – Höccətül-islam vəl-müslimin Məhəmmədəli Ali-Haşim Təbrizdə keçirilən cümə namazının xütbələrində deyib: “Sionizm hərəkatının Türkiyə və Azərbaycanda məhərrəm ayına məxsus əzadarlığı zəifləndirmək üçün plan cızmasına baxmayaraq bu iki ölkənin mömin və İmam Hüseynə (ə) sevgi bəsləyən xalqı çox əzəmətli əzadarlıq mərasimləri təşkil etdilər. Belə bir əzadarlıq təşkil etdikləri üçün onlara minnətdarlıq edirik”.
İmam cümə əlavə edib: “Bu il Azərbaycanın Bakı, Gəncə və digər şəhərlərdəki əzadarlıqlar mənalı idi, hətta ilk dəfə olaraq Bakı şəhərinin bir sıra bazarları Aşura günü münasibətilə öz işini dayandırmışdı. Əzadarlığa gəlmiş əhali qan hədiyyə edirdi və bu çox bəyənilmiş və təqdirəlayiq bir əməldir”.
Höccətül-islam vəl-müslimin Məhəmmədəli Ali-Haşim xütbəsinin davamında deyib: “Sionist nökərləri məhərrəmlik günlərində Azərbaycan Respublikasında şərab festivalı keçirmək istəyirdi. Lakin Azərbaycan xalqının belə əzəmətli əzadarlıq keçirməsi onların məkirli planlarını puç etdi”.

  • Yazılıb
  • da (də) 2017 Oct 12
  • Göndərən مدير سايت Aran News