Tarix : 2016 Dec 10
Kod 50906

Təbriz əhalisi aksiya keçirərək Netanyahunun Azərbaycana səfərinə etiraz etdi

Təbrizin qəhrəman və həmişə ayıq-sayıq xalqı bu həftənin cümə namazından sonra əzəmətli aksiya keçirərək sionist rejimə nifrətini bildirməklə yanaşı bu rejimin baş nazirinin Azərbaycan Respublikasına səfərini pislədi.
et
AranNews - Təbrizin qəhrəman və həmişə ayıq-sayıq xalqı bu şəhərdə təşkil edilən cümə namazından sonra əzəmətli aksiya keçirərək sionist rejimin baş naziri Benyamin Netanyahunun 13 dekabrda Azərbaycan Respublikasına gözlənilən səfərinə etirazını bildirdi və bu səfəri pislədi.
Aksiya iştirakçıları üzərinə “İsrailə ölüm”, “Uşaq qatili olan rejimə ölüm”, “İsrail həya et, Azərbaycandan əl çək”, “İsrail həya et, İslam ölkələrindən get”, “Azərbaycan oyaqdı, İsrailə nifrət edir”, “Amerikaya ölüm” və digər şüarlar yazılmış plakatlar götürərək, sionist rejiminə və bu rejimin baş nazirinin müsəlman ölkəsi olan Azərbaycan Respublikasına səfərinə öz etiraz və nifrətlərini bildirdilər, Azərbaycan Respublikasının rəhbərlərindən istədilər ki, dünyanın hər bir yerində qəsbkar sionist rejimin məkirli planları ilə vəhşicəsinə qətlə yetirilən, qanına qəltan edilən günahsız müsəlmanların hörmətini saxlayaraq bu səfərin qarşısını alsınlar.
Aksiya cümə namazından dərhal sonra və Təbriz şəhərinin müsəllasının qarşısında keçirildi.
Qeyd edək ki, Təbriz şəhərinin sevimli imam cüməsi həzrət Ayətullah Müctehid Şəbüstəri ötən həftənin cümə namazının xütbələrində Netanyahunun Azərbaycan Respublikasına səfərinə toxunmuş və bu səfəri bərk pisləyərək demişdi ki, dünyanın hər bir yerində günahsız insanları, qadın və uşaqları qətlə yetirməklə əli qana bulaşmış sionist rejim rəhbərlərinə evsahibliyi etmək müsəlman bir ölkəyə yaraşmaz.
Həmçinin, Ayətullah Şəbüstəri Azərbaycan ölkəsinin rəhbərlərindən istəmişdi ki, lazımi tədbirlər həyata keçirməklə bu səfərin qarşısını alsınlar.


  • Yazılıb
  • da (də) 2016 Dec 10
  • Göndərən مدير سايت Aran News