Tarix : 2016 Jun 18
Kod 49296

Yəmənli uşaqlar BMT ofisi qarşısında etiraz etdilər

Yəmənli uşaqlar paytaxt Sənadakı BMT-nin ofisi qarşısında mitinq keçirərək, Səudiyyə Ərəbistanının adının, "uşaq hüquqlarını pozan qara siyahı"dan çıxarılmasına etiraz edib və qınayıblar.
AranNews, “Deyerler.org”-ya istinadən xəbər verir ki, yəmənli uşaqlar səsləndirdikləri şüarlarla beynəlxalq ictimaiyyət və azadlıq tərəfdarı olan millətlərdən də BMT-ni Yəmənli uşaqların qətlə yetirilməsində tərəf olduğu üçün qara və utanc siyahısına salınmasını istəyiblər.
Etirazçı uşaqlar Yəmən xalqının Amerika və Səudiyyə rejiminin mühasirəsi qarşısında əsla boyun əyməyəcəyini və təslim olmayacağını deyiblər.
Qeyd edək ki, BMT iyunun 2-də yaydığı bəyanatında, Səudiyyə Ərəbistanı və müttəfiqlərini Yəməndə uşaq ölümlərinin 60 faizində məsuliyyətli olduğunu bildirmişdi.
Ancaq BMT-nin Səudiyyə rejimi və müttəfiqlərinə qarşı tənqidi bir həftə sonra dәyişdi, yəni 9 iyun tarixində BMT baş katibi, Səudiyyə rejiminin bu quruma verdiyi maliyyədəstəyi müqabilində Səudiyyə rejiminin adını qara siyahıdan çıxardı.

  • Yazılıb
  • da (də) 2016 Jun 18
  • Göndərən مدير سايت Aran News