Tarix : 2008 May 26
Kod 4858

SAAKAŞVİLİ MÜXALİFƏTİ DİALOQA ÇAĞIRIR

Rəsmi məlumatlara görə, Gürcüstandakı parlament seçkisini hakim partiya udub
Georgia Servisi/Aran Agentliyi
Prezident Mixail Saakaşvili parlament seçkisindən sonra Gürcüstan müxalifətini dialoqa və birliyə çağırıb. Dövlət başçısı ümid etdiyini bildirib ki, ölkənin ümumi maraqları şəxsi maraqları üstələyəcək.
Saakaşvili Tbilisidə müqəddəs Triniti kilsəsindəki mərasimdə belə deyib. Rəsmi məlumatlara görə, Gürcüstandakı parlament seçkisini hakim partiya udub. Müxalifət nəticələrə etiraz edir. Gözlənilir ki, mayın 26-da müxalifət etiraz aksiyası keçirəcək. Müxalifət parlament seçkilərini boykot etməyə qərar verib. Mayın 26-sı həm də Gürcüstanın müstəqillik günüdür.  Bu arada isə ATƏT-in Müşahidə Missiyası səsvermədə bir sıra problemlərin qeydə alındığını bildirib
 
 
 
Leyborist partiyasının liderlərindən biri İosif Şatberaşvili bəyan edib ki, Mixail Saakaşvili yeni seçkilər təyin etməyənə qədər aksiyalar fasiləsiz xarakter daşıyacaq
Gürcüstan müxalifəti sabah ölkədə kecirilmiş parlament seckilərinin saxtalaşdırılmasına etiraz olar mitinq keçirməyə hazırlaşır. Leyborist partiyasının liderlərindən biri İosif Şatberaşvili bəyan edib ki, Mixail Saakaşvili yeni seçkilər təyin etməyənə qədər aksiyalar fasiləsiz xarakter daşıyacaq. Müxalifət nümayəndələri bəyan ediblər ki, hakimiyyət yeni secki təyin etməyincə, aksiyalar davam etdiriləcək. Rəsmi Tiflis isə müxalifəti qarşıdurma yaratmaqla
Gürcüstanın düşmənlərini sevindirməməyə cağırıb. Gürcüstanın Mərkəzi Seçki Komissiyası mövcud 3 min 604 seçki məntəqəsindən 26-da parlament seçkilərinin nəticələrini ləğv edib. Qurum bəyan edib ki, bütün şikayətlərə baxılandan sonra nəticələrin ləğv edilməsi ilə bağlı müraciətlər məhkəmələrə veriləcək. Konstitusiya məhkəməsi saxtalaşdırmaların seçkilərin nəticələrinə təsir göstərdiyi barədə rəyə gələrsə, seçkilərin nəticələri ümumiyyətlə ləğv edilə bilər.Qeyd edək ki, Gürcüstan keçirilən parlament seçkilərində hakim partiya qanunverici orqandakı 150 yerdən ən azı 120-nə yiyələnib. Müxalifət nümayəndələri isə 30 deputat yeri tuta biliblər. Beynəlxalq müşahidəçilər Gürcüstanda parlament seçkilərinin normal keçirildiyini bəyan edib.
 
  • Yazılıb
  • da (də) 2008 May 26