Tarix : 2016 Apr 17
Kod 48537

Sionist rejimi təşvişə düşüb

İşğal olunmuş ərazilərdə sionist rejiminin məhsullarına qarşı beynəlxalq kampaniya başlayıb. "Təcrid, investisiya qoymamaq və boykot" adlanan bu kampaniya dünyanın bir çox yeri, o cümlədən Avropa və ABŞ-da böyük rəğbətlə qarşılanmışdır.
Arannews-Sionist rejim əleyhinə elmi və mədəni boykot Fələstin kampaniyasının üzvü bildirib: sionist rejimi bu kampaniyanı öz varlığı və strategiyası üçün təhlükə hesab edir.
Sionist rejim əleyhinə elmi və mədəni boykot Fələstin kampaniyasının üzvü Heydər Eyd Livanın əl-Məyadin telekanalına verdiyi müsahibədə sionist rejim əleyhinə kampaniya hərəkatının təhlükəli təsirləri barəsində bu rejim başçılarının iştirakı ilə ilk konfransın keçirilməsinə toxunaraq deyib: Təl-Əviv bu kampaniyanı müxtəlif mədəni, elmi, idman və iqtisadi sahələrdə öz mövcudluğu və strategiyası üçün təhlükə hesab edir.
İşğal olunmuş ərazilərdə sionist rejiminin məhsullarına qarşı beynəlxalq kampaniya başlayıb. "Təcrid, investisiya qoymamaq və boykot" adlanan bu kampaniya dünyanın bir çox yeri, o cümlədən Avropa və ABŞ-da böyük rəğbətlə qarşılanmışdır.
Bu kampaniyanın məqsədi Fələstinin işğalına son qoymaq, ayrı-seçkiliyi aradan qaldırmaq və milyonlarla fələstinli didərginin öz ata-baba yurdlarına qayıtması haqqının rəsmən tanınması üçün iqtisadi və mədəni vasitələrlə İsrail rejiminə təzyiq göstərməkdir. 

  • Yazılıb
  • da (də) 2016 Apr 17
  • Göndərən مدير سايت Aran News