Tarix : 2016 Jan 26
Kod 47699

Yəmən ordusu keçirdiyi hərbi əməliyyatları uğurla davam etdirir

Yəmən ordusu Səudiyyənin mövqelərinə artilleriya və raket zərbələri də endirməyə davam edir. Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiya bu raket zərbələri nəticəsində ağır itkilər verməkdədir.
Arannews- Yəmənin Silahlı Qüvvələri Ənsarullah Husilər hərəkatının dəstəyi ilə Səudiyyənin hərbi təcavüzünə cavab olaraq keçirdiyi hərbi əməliyyatları uğurla davam etdirir.
 Yəmən ordusu Meydi səhralığında yerləşən sərhəd-keçid məntəqəsində Səudiyyənin 8 işğalçı hərbçisini məhv edib. Yəmən ordusunun snayperləri Səudiyyənin 8 hərbçisini mәhv edә biliblәr. Bununla belə, Yəmən ordusunun son 3 gün ərzində keçirdiyi hərbi əməliyyatlar nəticəsində öldürülən Səudiyyə hərbçilərinin sayı 15-ə yüksəldi.
Eyni zamanda, Yəmən ordusu Səudiyyənin mövqelərinə artilleriya və raket zərbələri də endirməyə davam edir. Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiya bu raket zərbələri nəticəsində ağır itkilər verməkdədir. Səudiyyə Yəməndə keçirdiyi hərbi əməliyyatlara ayrılan büdcəni günü-gündən artırsa da, bunun heç bir nəticəsi olmur.


  • Yazılıb
  • da (də) 2016 Jan 26
  • Göndərən مدير سايت Aran News