Tarix : 2008 May 20
Kod 4764

İSRAİLDƏN BİZƏ DOST OLMAZ

-
Azerbaijan Servisi/Aran Agentliyi
Laçının işğalı günü  İsrailin  dostluq parkının  açmaq istəkləri barədə musahibə :

 

 

 

 

Hacı Abgül bəy sizcə niyə Azərbaycan-İsrail dostluq parkının açılış gününü İsrail səfirliyi əvvəlcə Şuşanın sonra isə Laçının işğalı gününə salıblar və onların məqsədləri nədir?

İsraildən ümumiyyətlə bizə dost olmaz. Çünki dost olan ölkə BMT-nin Azərbaycanın xeyrinə çıxardığı qərarına düşünmədən lehinə səs verərdi. Xocalı soyqırımının ildönümündə müğənnilərimizi aparıb bayram tədbiri keçirməzdi. Bu son hadisələr isə İsrailin Azərbaycan xalqına qarşı hörmətsizliyindən xəbər verir. Çünki əvvəlcə Şuşa, sonra Laçının işğalı günündə bayram əhval ruhiyəsi və çal-çağırla park açmaq istəkləri heç də düşünülməmiş addım deyil. Çünki hər bir diplomatik korpus işlədiyi ölkənin bütün bayram və matəm günlərindən xəbərdardır. İsrailin bu addımı onların bizə olan düşmənçiliyindən irəli gəlir.

Şəhidlər xiyabanında şəhidləri ziyarət edən ağsaqqal Azərbaycan Ziyalılar Birliyinin üzvü Xoşqədəm Cəbrayılova da İsrail səfirliyinin əvvəlcə Şuşanın sonra isə Laçının işğalı günündə Azərbaycan-İsrail dostluq parkının açmaq istəkləri barədə sual etdik:

Xoşqədəm müəllim sizcə niyə Azərbaycan-İsrail dostluq parkının açılış gününü İsrail səfirliyi əvvəlcə Şuşanın sonra isə Laçının işğalı gününə salıblar və onların məqsədləri nədir?

Doğrudur, əgər onlar bizlə dostluq etmək istəyirdilərsə onlar bizim bayram günündə keçirərdilər. 10 mayda Heydər Əliyevin ad günündə və ya 9 mayda bu tədbiri keçirə bilərdilər. Onlar əgər dost idilərsə, bizim bayram və ya şən günlərimizdə niyə bu tədbiri keçirmədilər? Buna dostluq demək olmaz. Bunun əksinə olaraq əvvəlcə Şuşanın daha sonra Laçının işğal günündə bayram keçirmək istəyirlərsə onlara dost demək olmaz. Dostumuz bizim şad günümüzdə şad, kədərimizlə də şərik olar.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya yaxınlaşaraq İsrail səfirliyinin əvvəlcə Şuşanın sonra isə Laçının işğalı günündə Azərbaycan-İsrail dostluq parkının açmaq istəkləri barədə sual etdik:

Akif müəllim sizcə niyə Azərbaycan-İsrail dostluq parkının açılış gününü İsrail səfirliyi əvvəlcə Şuşanın sonra isə Laçının işğalı gününə salıblar və onların məqsədləri nədir?

Əlbəttə ki, bu sualı onlara vermək lazımdır. Ancaq kənardan etdiyimiz müşahidələr onu göstərir ki, Azərbaycan xalqına qarşı qərəzlərini və düşmən münasibətlərini göstərmək istəyirlər. Çünkü ola bilməz ki, onlar bir ayda iki işğal tarixinə bu tədbiri salsınlar. Mən istərdim ki onlar bu məsələyə açıqlama verisinlər. Ancaq hələ ki, bunun başqa adı yoxdur buna qərəzli və düşmənçilikdən başqa adı yoxdur.
  • Yazılıb
  • da (də) 2008 May 20