Tarix : 2016 Jan 20
Kod 47634

Ərəbistanın yeni problemi: Əl-Qaidə

əl-Qaidə, Yəmənin cənubunda fəaliyyətini artırib

Yəmən ordusu və Ənsarullah qüvvələrini ölkənin cənubundan çıxarmaq üçün Ərəbistana və Yəmənin istefa vermiş prezidentinə bağlı yaraqlılar əl-Qaidə ilə əməkdaşlıqdan sonra, hazırda yaraqlıların diqqətsizliyi ucbatından əl-Qaidə Yəmənin cənubunda güclənir.
AranNews- Ənsarullah qüvvələri və keçmiş prezident Əli Abdullah Salehin tərəfdarları Yəmənin cənubundan çəkildikdən sonra, əl-Qaidə burada fəaliyyətini artırmışdır.
Yəmən ordusuna qarşı əməkdaşlıq edənlər, hazırda ordunun geri çəkilməsi nəticəsində aralarında ixtilaf və qarşıdurma baş verir.
Əl-Qaidə 3 il əvvəl çıxarıldığı Əbin əyalətində bəzi yerləri yenidən nəzarətə götürdüyünü bildirib. Bu da istefada olan prezident Mənsur Hadinin qərargahı olan Ədən şəhərinə yaxın olduğuna görə, onlar üçün də problemə çevrilir.
Belə ki, Ədəndən 45 km aralı olan terrorçular Mənsur Hadinin hökumətini təhdid edir. İndi Səudiyyə iki yol ayrıcında qalıb.
  • Yazılıb
  • da (də) 2016 Jan 20
  • Göndərən مدير سايت Aran News