Tarix : 2016 Jan 19
Kod 47624

Azərbaycan Milli Elmlər Akademiyası məhkəməyə verilib

"Springer Customer Service Center GmbH" şirkəti akademiyaya qarşı borcun ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.
AranNews - Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məhkəməyə verilib.
"Springer Customer Service Center GmbH" şirkəti akademiyaya qarşı borcun ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Şirkətin həmin qərardan verdiyi apellyasiya şikayəti də təmin olunmayıb. Bundan sonra şirkət Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edib. Hazırda Ali Məhkəmədə həmin şikayətə baxılır.

  • Yazılıb
  • da (də) 2016 Jan 19
  • Göndərən مدير سايت Aran News