Tarix : 2016 Jan 04
Kod 47472

Ayətullah Amili Əli Nağıyevin cavabını verdi

Bu dövlət nümayəndəsinə deyirik: Əgər İmam Hüseyn (ə) səhv etsəydi, 27 milyon insan onun fikir və məramına ləbbeyk deməzdi. İmam Hüseynin (ə) bayrağını Azərbaycanın hər yerindən yığışdırıb zibil qutusuna atmaqla səhvə siz mürtəkib oldunuz.
AranNews- Həzrət Ayətullah Amili Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, Azərbaycanın MDB-nin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi Əli Nağıyevin təhqiredici ifadələrinə cavab verib. Ayətullah Amilinin tutarlı və məntiqi cavabı aşağıdakı kimidir:
"Çıxışımızın digər hissəsi Azərbaycan barədədir. Bu ölkədə yenə də İran-Azərbaycan münasibətlərini korlamaq üçün bir nümayəndəyə missiya tapşırdılar ki, imam Hüseyn (ə), imam Əli (ə) və həzrət Zəhraya (s) qarşı təkanverici, nifrətəlayiq hörmətsizlik etsin. Bu ifadələr Ərəbistan müftisi və vəhabi saytlarının sözlərinin tərcüməsidir. Bu hərəkətindən məlum oldu ki, Nardaran hadisəsinin arxasında vəhabilik dayanıb. Necə ki, Nigeriya ordusunun şiələrin hüseyniyyəsini və Şeyx Zəkzakinin anasının qəbrini dağıtması ilə Nigeriya böyük faciəsinin arxasında vəhhabilərin dayandığı aşkara çıxdı. Onun sözləri Əhli-beytə (ə) sevgisi ilə tanınmış azəriləri narahat və nigəran etdi.
Prezidentin partiyasının, yəni Yeni Azərbaycan Partiyasının üzvünün sözlərindən Azərbaycan dövlətinin Ərəbistan və vəhabilərlə xüsusi anlaşması və əməkdaşlıq etməsi bəlli oldu.
Bu nümayəndə Əmir əl-möminin (ə) və imam Hüseynə (ə) qarşı çox ağır ifadələr işlətmişdir. Onun sözləri eynilə Ərəbistan müftisinin sözləridir. Ərəbistan müftisinin danışığı “Youtub”da mövcuddur. O özündən heç bir söz deməyib. Çünki heç bir dini anlayışı yoxdur və pərdə arxasından köklənib. Bu da Azərbaycanın mühüm və həssas mərkəzlərinə Ərəbistanın nüfuz etməsini göstərir. Bu müsibətə qan ağlamaq lazımdır.
Mən, ona tövsiyə edirəm: İmam Əlini (ə), imam Hüseyni (ə), ümumiyyətlə Azərbaycan xalqının dini etiqadlarını təhqir etməkdənsə – beynəlxalq və Azərbaycanın öz qanunlarına əsasən qeyri-qanuni bir hərəkətdir – Azərbaycanın iqtisadi vəziyyəti üçün bir iş görsün. Bir zaman İranda 4 min tümən dəyəri olan manat, indi 1700 tümənə enib. Əgər bir azərinin 100 milyon pulu olsaydı, indi 50 milyondan aşağı enmişdi. Təəccüblü budur ki, bəzi banklar əhaliyə verdiyi kreditləri dollarla qaytarılmasını tələb edirlər. Hamı bilir ki, əziz azərbaycanlılar, xüsusilə də onların zəif təbəqəsi əgər İrandan alış-veriş etməsələr və öz azuqələrini İrandan almasalar, durumları olduğundan da çox pis ağırlaşar. Digər tərəfdən də Azərbaycanın dövlət işçilərinin çoxu ölkənin hər bir yerində rüşvətə öyrəşiblər. Manatın dəyərinin düşməsi və onların gəlirinin azalması ilə  bu rüşvətxorlar daha da aclaşıblar və bərk camaatın canına düşüblər, oğurluqlarını neçə dəfə artırıblar. Bakı tacirlərinin bir qrupu deyir ki, biz rüşvətxor məmurların zülmünün şiddətindən ticarət və işimizi tətil etməyə məcbur olmuşuq.
Azərbaycan dövləti öz xalqını sıxışdırır və onların xaricdən göstəriş almasını iddia edir. Sonra da deyir ki, xaricilərin Azərbaycanın inkişafını görməyə gözü yoxdur. Biz bu dövlət rəsmisinə deyirik: Azərbaycanın inkişafını milli pulun dəyəri çərçivəsində dünyaya tanıdın. Sizin milli pulunuzun dünyada belə rüsvayçı vəziyyətə düşməsi inkişafdırmı?
O, həzrət Əmir əl-mömininə (ə) irad tutur və həzrətin xəvariclə müharibə etməsinə görə cavabdeh olduğunu deyir. Cavabında deyirik ki, nə Cəməl, nə Süffeyn, nə də Nəhrivan döyüşündə müharibəni Əmir əl-möminin (ə) başlamayıb və həzrət döyüşü o qədər yubatdı ki, onu bacarıqsızlıqda ittiham etdilər. Lakin İmam (ə) buna baxmayaraq buyurdu ki, onlar qan tökməyincə mən döyüşü başlamayacam. Xəvaric günahsız insanları öldürməyə başladı və hamilə qadının bətnini yırtdı. Belə olduqda Əmir əl-möminin (ə) döyüşə başlamağa icazə verdi. Amma Nardaranda döyüşü ilk başlayanlar siz oldunuz və namaz qıldıqları halda dindarlara hücum etdiniz. Deməli, siz cavabdeh olmalısınız, Əmir əl-möminin (ə) yox. Siz, Əmir əl-mömininə (ə) irad tutursunuz. Əgər onun üslub və sirəsinə əməl etsəniz, əvvəl öz xalqınızı qətliam etməsəniz, zindana salmasanız, Azərbaycanın bütün problemləri həll olar.
Həzrət Əmir əl-möminin (ə) hökumətinin ilk günündən dedi ki, bu gün bütün bağlı ağızları açacam. Sizin də cürətiniz çatırsa, bu işi edin. Nəinki, təkcə dövlət işçilərinə və saray alimlərinə danışmağa icazə verəsiz.
Onun sözlərinə görə imam Hüseyni (ə) qəhrəmanlıq səhifəsi kimi təqdim etmək düzgün deyil. İmam Hüseynin (ə) özünün çoxlu səhvi olub. Bu sözlər, eynilə Ərəbistan müftisini sözüdür. Orda ki, deyir: İnnəl Huseynə xədə binəfsih. Müfti deyir: əgər Hüseyn evdə otursaydı, qiyamından daha çox islah edərdi.
Qoy, bu YAP-çı bilsin: Əgər İmam Hüseyn (ə) səhv etsəydi, 27 milyon insan onun fikir və məramına ləbbeyk deməzdi. İmam Hüseynin (ə) bayrağını Azərbaycanın hər yerindən yığışdırıb zibil qutusuna atmaqla səhvə siz mürtəkib oldunuz. Bu səhvə sizdən qabaq Rzaxan mürtəkib olmuşdu və devrildi. Onun oğlu Məhəmmədrza Pəhləvi Aşura gecəsi Amerikanın o zamankı prezidenti Karterlə bütün xalqın televiziyadan tamaşa etdiyi bir halda şərab içdi və devrildi.
1946-cı ildə Azərbaycan Demokrat Firqəsinin sədri Pişəvərinin devrilməsinin sirrinin nə olduğunu bilirsinizmi? Onlar, Azərbaycanı ələ keçirdikdən sonra Məhərrəm ayının gəlməsi ilə rövzə və matəm mərasimlərinin qurulmasına hörmətsizlik etdilər və dedilər: "tövlələrin ağzı açıldı".
Biz ondan soruşuruq: Siz imam Hüseyni (s) Azərbaycan xalqından alıb onun yerinə xalqa nə vermək istəyirsiniz? Yəqin, deyəcəksiniz azərbaycançılıq! 31 dekabrda ona çox təkid etdiiniz və dediniz: Azərbaycançılıq, Heydər Əliyevin Azərbaycan xalqına böyük hədiyyəsidir.
Bu boxçadan Azərbaycan xalqına nə çıxıb və nə çıxacaq? Biz bunu inşallah, Azərbaycan xalqının Ana Vətənə tərəf hərəkət etdiyi 19 yanvar mərasimində izah edəcəyik.
İmam Hüseyn (ə) səhv etməyib. Səhvi siz edirsiz ki, təqlid mərcəsinin əlini öpməyi casusluq adlandırırsız. Bu ilki Ərbəin yürüşündə İraq təhlükəsizlik və polis qüvvələri iki təqlid mərcəsinin şəklini öz sinələrinə taxmışdılar: həzrət Ayətullah Sistani və Ali Məqamlı Rəhbər. Bunların hər ikisi də iranlıdır. İraq məmurları bununla İrana casusluq və öz ölkələrinə xəyanət edirdilərmi? Sizin polisiniz isə Nardaranda evləri bir-bir axtarır, İnqilabın Böyük Rəhbərinin şəklini divardan qopararaq cırır. Siz onun şəklini cıra bilərsiniz, amma heç bir azərinin qəlbini yarıb, onun məhəbbərini oradan çıxara bilməzsiniz.
Bir qrup azərbaycanlı tacir bizim ofisimizə gəlmişdi. Onların sözlərindən çox xoşum gəldi. Onlar dedilər ki, ölkəmizdə imam Hüseynin (ə) bayraqlarının zibil qutusuna atılmasına görə hamımız İmam Hüseyndən (ə) utanırıq və bu dərdin odunda alışıb-yanırıq, ilan sancmış kimi qıvrılırıq. Onlar daha sonra dedilər: Bizim fikrimiz budur ki, gələn il Tasua və Aşura günləri bu xəcalətdən çıxaq və bizim hökumətlə vədəmiz gələn ilin məhərrəmidir.
Mən burada elan edirəm: Əgər bu muzda işləyən dövlət nümayəndələri biz azərilərin müqəddəslərini yenə aşağılasalar, sakit qalmayacağıq və belə olduğu halda mütləq Azərbaycan dövləti zərər görəcək. Biz çox yaxşı başa düşürük ki, bu təhqirlər Azərbaycan dövlətinin icazəsi, üstəlik, göstərişi ilə baş tutur və bunun arxasında xüsusi məqsəd dayanır. O məqsədlərdən biri də xalqı məhərrəmlikdə imam Hüseyn (ə) və Əhli-beytdən (ə) uzaq salmaqdır. Çünki dindarlar çoxaldıqca, azərbaycançılıq zəifləyir və öz sözləri ilə desək, azərbaycançılıq azalır. Amma bilin ki, Azərbaycan xalqı Əhli-beytdən (ə) yox, sizdən uzaqlaşır. Artıq bu uzaqlaşma yaranmışdır, sizin xəbəriniz yoxdur".
  • Yazılıb
  • da (də) 2016 Jan 04
  • Göndərən مدير سايت Aran News