Tarix : 2015 Dec 24
Kod 47333

Azərbaycan Respublikasinin milli valyutasa 50 faiz ucuzlaşdı

1 manat 5 qəpiyə olan 1 dollar 1 manat 55 qəpiyə satılmağa başladı.
Arannews-Dekabrın 21-də Mərkəzi Bankın manatın üzən məzənnəyə keçidini bəyan etməsindən sonra milli valyuta birdən-birə 50 faiz ucuzlaşdı.
Yəni əvvəl 1 manat 5 qəpiyə olan 1 dollar 1 manat 55 qəpiyə satılmağa başladı.
Bu da elə həmin gündən ölkədə bir çox sahələrə, ilk növbədə isə ərzaq məhsullarının qiymətinə təsirini göstərdi. İlk olaraq supermarketləri müxtəlif məhsullarla təmin edən firmalar mal satışını dayandırdı.  
İlk gün qiymətlər əvvəlki qaydada qalsa da Dekabrın 22-dən başlayaraq ərzaq məhsulları sürətlə bahalaşmağa başlayıb. Dekabrın 22-də köhnə məhsulları yeni qiymətlə satan marketlər Dekabrın 23-də artıq yeni məhsul alıb və onları yeni qiymətlə satışa çıxarıb.
Virtualaz.org saytının reportyorlarının paytaxtın iri alış-veriş mərkəzlərində apardığı müşahidələr də göstərir ki, bəzi marketlərdə qiymətlərdə kəskin fərq olmasa da bir çoxunda məhsullar nəzərəçarpacaq qədər bahalaşıb.
Məsələn, “Bazarstore” supermarket şəbəkəsində bir müddət əvvəldən fərqli olaraq ən ucuz çayın qiyməti əvvəlki kimi 0,92 qəpikdən yox, artıq 1,50 qəpikdən başlayır.
“Doymak” markalı makaron əvvəlki vaxtdan fərqli olaraq 35 qəpik bahalaşaraq 90 qəpiyə satılmağa başlayıb.
Mağazaların demək olar ki, hamısında 90 qəpiyə satılan “Ankara” makaronu isə indi 1,10 manatadır.
Mağazada ən ucuz kartof artıq 90 qəpik yox, 1,30 manatdır.
Soğan da bahalaşan məhsullar sırasındadır. Belə ki, onun qiyməti 0,60 manatdan 0,95 -1 manata çatıb.
Əvvəllər marketdə 3 manata 1 litrlik qarğıdalı yağı almaq olurdusa, indi ən ucuz qarğıdalı yağı 3,09 manatdır. Bu isə “Final” markalı yağdır. “Zolotoya solnışka” markalı qarğıdalı yağının 1 litri isə 3,21 qəpikdir.
Günəbaxan yağlarının da ən ucuzunun qiyməti 1,96 manatdan 2,35 manata qədər artıb.
Toyuqların qiymətində ciddi fərq olmasa da yumurta satışında fərq hiss olunur. Alıcılar da deyir ki, yumurtanın birini əvvəllər 13 qəpiyə alırdılarsa, indi artıq 17 qəpiyə alırlar. Kənd yumurtası isə 20 qəpikdən 25 qəpiyə qədər bahalaşıb. 
Vitrində də “Giləzi” yumurtasının 10 ədədlik qablaşdırması üzərinə 1,79 manat qiymət qeyd olunmuşdu.
Ən ciddi fərq isə kərə yağının qiymətində müşahidə olunur. Satıcıların verdiyi məlumata görə, bu məhsulun hər növünün qiymətində 2 manat artım var.
Əvvəllər kilosu 7 manatdan başlayaraq satılan “Anchor” kərə yağı artıq 9 manata satılır.
Qiymətlər məhsulun istehsalçısından asılı olaraq 9 manatdan 12 manata qədər dəyişir. Bir müddət əvvəl isə adıçəkilən marketdə ən ən baha kərə yağı 8 manat 59 qəpik idi.
 “Fresco” supermarket şəbəkəsi də digərləri kimi qiymət artımına gedib.
Burada ən çox alınan məhsullardan biri olan kartofun ən ucuzu əvvəl 0,82 manata satılırdısa, indi bu rəqəm 1,59 manatdır.
Soğan, çay, makaron, günəbaxan və qarğıdalı yağı kimi ən çox istifadə olunan ərzaq məhsullarında burada da bahalaşma müşahidə olunur. Marketdə ən ucuz günəbaxan yağı 2,23, ən ucuz qarğıdalı yağı isə 3,10 manatdır. 
Devalvasiyadan əvvəl marketdə 59  qəpiyə makaron tapmaq mümkün idisə, indi onun ən ucuzu 68 qəpikdən başlayır.

  • Yazılıb
  • da (də) 2015 Dec 24
  • Göndərən مدير سايت Aran News