Tarix : 2015 Nov 23
Kod 46940

İnqilab Rəhbəri, Türkmənistan prezidenti ilə görüşub

Ayətullahuluzma Xamenei: İslam başqaları üçün xeyirxahlıq, məhəbbət və qardaşlıq dinidir və terror cərəyanlarının bu cinayətlərinin İslamla heç bir əlaqəsi yoxdur.
AranNews- Həzrət Ayətullahuluzma Xamenei terror cərəyanlarının insanların başlarını kəsmək və insanları yandırmaqdakı vəhşicəsinə cinayətlərini bu cərəyanların tam şəkildə İslama biganə olmalarının nişanəsi adlandırıblar və vurğulayıblar ki, bu cinayətlərin İslamla heç bir əlaqəsi yoxdur.
İslam İnqilabının Böyük Rəhbərinin informasiya portalının məlumatına görə, Həzrət Ayətullahuluzma Xamenei bazar günü axşam Türkmənistan prezidenti Qurbanqulu Berdı Məhəmmədov ilə görüşdə İran ilə Türkmənistanın yaxın və dostcasına əlaqələrinə, regiondakı militarizmlə mübarizə və ikitərəfli həmkarlıqların inkişafı üçün mövcud olan böyük imkanlara işarə edərək, vurğulayıblar: Terror cərəyanları ilə mübarizə, onların nüfuzlarının zərərsizləşdirilməsinin yolu, düzgün islami fəaliyyətlərdə xalqa imkan vermək və mötədil və aqilanə islami fikri hərəkətlərin gücləndirilməsidir.
Həzrət Ayətullahuluzma Xamenei bu görüşdə İran və Türkmənistan xalqlarını iki qohuma bənzər qonşular adlandırıblar və həmkarlıqların inkişafı istiqamətindəki böyük imkanlardan istifadə vacibliyini vurğulayaraq, əlavə ediblər: Əldə olunmuş razılıqların icrası istiqamətində ciddiliklə təsirli və real addımlar atılmalıdır.
İnqilab Rəhbəri islami ölkələrin və qonşuların təhlükəsizliyi, rifahı və inkişafını İran İslam Respublikasının xeyrinə adlandırıb və deyiblər: İran-Türkmənistan sərhədləri sülh və dinclik sərhədləridir və tərəflərin fikri arxayınlığına səbəb olur və Fars Körfəzinə və azad sulara çıxmaq üçün İran yolundan istifadə Türkmənistan üçün dəyərli bir fürsətdir.
O həzrət regionun çox gərgin durumunda İran ilə Türkmənistanın təhlükəsizliyinə işarə edərək, bu vəziyyətin davam etməsi üçün həmkarlıqların artırılmasını zəruri bilib və belə qeyd ediblər: İslamın adı ilə cinayətlər törədən təkfirçi qruplar və İŞİD-in kobud terrorizmi və vəhşilikləri ilə qarşılaşmada xalqa düzgün islami fəaliyyət imkanı verilməlidir və ən yaxşı yol, bu cərəyanların nüfuzunun zərərsizləşdirilməsi, mötədil və aqilanə fikri hərəkətlərin gücləndirilməsidir.
İslam İnqilabının Böyük Rəhbəri bildiriblər ki, İslam başqaları üçün xeyirxahlıq, məhəbbət və qardaşlıq dinidir və terror cərəyanlarının bu cinayətlərinin İslamla heç bir əlaqəsi yoxdur.
İranın birinci vitse-prezidenti Cahangirinin də iştirak etdiyi bu görüşdə Türkmənistan prezidenti Tehran səfərindən məmnunluq ifadə edərək, İslam İnqilabının Böyük Rəhbəri ilə görüşü iftixar mənbəyi adlandırıb və belə əlavə edib: İran və Türkmənistan daim yaxşı və tarixi əlaqələrə malik və bir-birilərinin qəmi və şadlığına şərik olublar və sizin İran və Türkmənistanın nəinki iki qonşu, həm də iki qohum olmasına dair sözləriniz Türkmənistanın dövləti və xalqının təşviqinə və arxayınlığına səbəb olur.
O, İnqilab Rəhbərinin öncəki səfərlərdəki tövsiyələrini xatırladaraq, deyib: Sizin sözləriniz dahi rəhbər və mütəfəkkir bir insan kimi bizm üçün böyük dəyərə malikdir və sizin tövsiyələrinizə əməl etmək çox yaxşı nəticələr verəcək.
Qurbanqulu Berdı Məhəmmədov əlaqələrin xüsusən qaz, nəqliyyat və yol salma sahəsində inkişafı üçün böyük imkanların olmasına toxunaraq, deyib ki, iki ölkənin birgə iqtisadi və abadlıq layihələrinin həyata keçirilməsi bütün regionun xeyrinədir.
O, ipək yolunun tarixi keçmişinə və önəminə toxunaraq, deyib ki, bəzi ölkələr İran və Türkmənistan vasitəsilə dənizə çıxmaq istəyirlər.
O, habelə regionun siyasi durumunu qeyri-qənaətbəxş adlandırıb və İŞİD-in cinayətlərinə toxunaraq, deyib ki, İŞİD və onun taylarının İslamdan xəbərləri yoxdur və təəssüflə, bəzi dövlətlər tərəfindən himayə olunurlar.
  • Yazılıb
  • da (də) 2015 Nov 23
  • Göndərən مدير سايت Aran News