Tarix : 2015 Nov 22
Kod 46932

Azərbaycan (GECF) Forumunda müşahidəçi statusu aldı

Tehrand keçirilən Qaz İxrac edən Ölkələr Forumunda azərbaycan respublikasi, müşahidəçi statusu aldi.
AranNews- bu barədə GECF-in energetika nazirlərinin görüşünün yekunlarına dair qəbul olunan bəyannamədə bildirilir.
Qaz İxrac Edən Ölkələr Forumu sammitinin yekun bəyanatında birgə sərmayə qoyuluşları ilə əlaqədar üzv ölkələr arasında ahəngdarlığın artırllmasına və birgə əməkdaşlıqlara təkid edilir.
Qaz İxrac edən Ölkələrin Forumuna üzv olan dövlətlərin energetika nazirləri təşkilatın yeni baş katibini seçiblər. GECF-in əvvəlki rəhbəri iranlı Hüseyn Adeli təkrar təşkilatın baş katibi postuna seçilib.  Hüseyn Adeli GECF-in baş katibi vəzifəsini 2016-cı ilin yanvarın 1-dək icra edəcək.
Görüşdə GECF-in növbəti, 18-ci görüşünün 2016-cı ilin noyabrın 17-də keçiriləcəyinə dair qərar qəbul olunub.
Qaz İxrac edən Ölkələrin Forumu dünyada təbii qazın ixracı sahəsində lider ölkələri birləşdirir.  Təşkilatın əsası 2001-ci ildə Tehranda qoyulub və rəsmi olaraq 23 dekabr 2008-ci ildə Moskvada təsis edilib. Həmin görüşdə iştirakçı dövlətlərin energetika nazirləri forumun nizamnaməsini qəbul ediblər və hökumətlərarası saziş imzalayıblar.  GECF-in mənzil qərargahı Qətərin paytaxtı Dohada yerləşir.
Forumun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsidir. Bu prosesdə dünya qaz hasilatında müşahidə olunan tendensiyalar tələb və təklifin cari və gözlənilən balansı, qaz sənayesində yeni texnologiyalar və digər qlobal problemlərin təhlili forumun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
Bu, Qaz İxrac Edən Ölkələr Forumunun təsis edilməsindən bəri ilk dəfədir ki, forumun sammiti, enerji nazirlərinin adi və fövqəladə iclasının hər üçün bir ölkədə keçirilir.
Qaz İxrac edən Ölkələr Forumuna üzv ölkələr dünyada istehsal olunan qazın 42%-in istehsal edirlər. Bu ölkələr həmçinin dünyanın tanınmış qaz ehtiyatlarının 67%-nə malikdirlər. Bu ölkələr qaz boru kəməri ilə köçürmələrdə 38%-lik, mayeləşdirilmiş təbii qaz(LNG) bazarında isə 85%-lik paya malikdirlər.
Əlcəzayir, Boliviya, Misir, Ekvatoriayal Qvineya, İran, Liviya, Nigeriya, Qatar, Rusiya, Trinidat və Tobaqo, Venesuella və BƏƏ Qaz İxrac edən Ölkələr Forumunun 12 əsas üzvü sayılır.
Hollandiya, Norveç, İraq, Oman və Peru isə forumun müşahidəçi üzvləri sayılır.
  • Yazılıb
  • da (də) 2015 Nov 22
  • Göndərən مدير سايت Aran News