Tarix : 2015 Oct 31
Kod 46734

Rusiya təyyarəsi Misirdə qəzaya uğrayıb

Rusiyanın “Koqalımavia” şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi qəzaya uğrayıb... Erməni deputat, şəxsən Tavuş əyalətinə və Dağlıq Qarabağ bölgəsinə baş çəkərək əhalinin kəndləri tərk etməsinə dair yayılmış informasiyaları təsdiqləyib.

Arannews- Göyərtəsində 224 nəfər olan Rusiya təyyarəsi Misirdə qəzaya uğrayıb.

Rusiyanın “Koqalımavia” şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi qəzaya uğrayıb . təyyarə bu gün səhər uçuşdan 23 dəqiqə sonra Kipr yaxınlığında radarlardan itib .

Rusiya Aviasiya Xidmətindəki mənbə bildirib ki, təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburq şəhəri istiqamətində uçuş həyata keçirmək üçün havaya qalxıb .

Göyərtəsində 217 sərnişin və 7 heyət üzvü olub. Bir qədər sonra Rusiya təyyarəsinin qalıqları Misirin Sinay yarımadasının mərkəzidə tapılıb .

Misir təhlükəsizlik qüvvələri hadisə yerinə baxış keçirir. Əl-Ariş şəhərindən 20 təcili yardım avtomobilləri faciə qurbanlarının evakuasiyası üçün yollanıb.

  • Yazılıb
  • da (də) 2015 Oct 31
  • Göndərən مدير سايت Aran News
Açar sözlər