Tarix : 2015 Oct 27
Kod 46712

İŞİD terror qruplaşması Nəcrandakı şiə məscidində partlayışla bağlı məsuliyyəti öz üzərinə götürüb

İŞİD terror qruplaşması dünən axşam 26 oktyabr Ərəbistanın cənubunda yerləşən Nəcran şəhərindəki şiələrə aid məsciddə törədilən terror aktı ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Arannews- İŞİD terror qruplaşması öz “Twitter” səhifəsində namaz qılanları müşrik, məscidi isə məbəd adlandıraraq, insidentlə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bildirib .

Terror qruplaşması öz səhifəsində yazıb: Bu partlayış İŞİD-in ünsürlərindən olan Əbu İshaq əl-Hicazi tərəfindən törədilib .

Ərəbistanın bir məsciddə baş verən terror aktı nəticəsində ən azı 4 nəfər həlak olub, 30 nəfərdən artıq insan isə yaralanıb .

Namaz qılanlar Dəhze rayonundakı “ƏL-Məşhəd” məscidindən çıxarkən, intiharçı bombanı işə salıb.

  • Yazılıb
  • da (də) 2015 Oct 27
  • Göndərən مدير سايت Aran News
Açar sözlər