Qazax rayonu, Aslanbəyli kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 205 ha sahədə biçilmiş taxıl sahəsi və...
Arannews - Qazaxda yanğın hadisəsi qeydə alınıb .
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytinin verdiyi xəbərə görə, Qazax rayonu, Aslanbəyli kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 205 ha sahədə biçilmiş taxıl sahəsi və yaxınlıqdakı vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub .
Dəmirçilər kəndində isə kənd bələdiyyəsinə məxsus ərazidə 70 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı mesə zolağı yanğından mühafizə olunub .
Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb .