Tarix : 2015 May 17
Kod 45908

Prezidenti tənqid edən Qarabağ müharibəsinin əlili həbs edildi

Mehman Hüseynov mayın 11-də, saat 18 radələrində həbs edilib

Arannews Qarabağ müharibəsi əlili, Tərtər rayon sakini Mehman Hüseynov həbs olunub.

 Bu haqda Mehman Hüseynovun həyat yoldaşı Sahibə Hüseynova məlumat verib. 

Sahibə Hüseynovanın bildirdiyinə görə, Mehman Hüseynovu mayın 11-də, saat 18 radələrində həbs ediblər. Ona xuliqanlıq maddəsi ilə cinayət işi açılıb və Gəncə İstintaq Təcridxanasına köçürülüb.

Sahibə Hüseynova hazırda Mehmanla bağlı heç bir məlumat ala bilmədiklərini və onun üçün aparılan sovqatın təcridxana işçiləri tərəfindən qəbul edilmədiyini də bildirdi.

Xatırladaq ki, Mehman Hüseynov problemlərinə biganə yanaşıldıqğına görə mütamadi olaraq ölkə başçısı İlham Əliyevi sərt tənqid edirdi.

 

  • Yazılıb
  • da (də) 2015 May 17