Tarix : 2015 May 13
Kod 45886

İntiqam Əliyev barəsində hökmdən apellyasiya şikayəti verilib

Şikayətdə apellyasiyaya təkrar qismi məhkəmə istintaqı ilə baxılması və bəraət hökmü çıxarılması haqqında məsələ qaldırılıb

Arannews Hüquq müdafiəçisi İntiqam Əliyev barəsində hökmdən apellyasiya şikayəti verilib. bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib. Şikayətdə apellyasiyaya təkrar qismi məhkəmə istintaqı ilə baxılması və bəraət hökmü çıxarılması haqqında məsələ qaldırılıb.

Bundan başqa, müdafiə tərəfi Əliyevin Avropa İnsan Hüquqları Konvensiyasının 5, 6, 7, 10, 11 və 18-ci maddələrində zəmanət verilmiş hüquqlarının pozulmasının tanınması məsələsini qaldırıb.

Sadıqovun sözlərinə görə, şikayət üzrə hazırlıq iclası iyunun əvvəllərində keçirilə bilər.

  • Yazılıb
  • da (də) 2015 May 13