Tarix : 2014 May 17
Kod 42828

hərbçilər yol qəzasına düşüb

ölən və yaralananlar var

Arannews - Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları yol qəzasına düşüb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cavanşir Xafiyev idarə etdiyi “Jiquli” markalı avtomobili kanala aşırıb. Nəticədə avtomobildə olan müddətdən artıq xidmət edən hərbi qulluqçusu Elməddin Sadıqov ölüb, sürücü və digər hərbiçilər – Elşən Əliyev, Emin Kazımov hospitala yerləşdiriliblər. 


  • Yazılıb
  • da (də) 2014 May 17