Tarix : 2014 Jan 21
Kod 41732

Bu gün Bakıda, Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsi anıldı

20 Yanvar faciəsinin 24-cü ildönümündə Azərbaycan Respublikası xalqı Şəhidlər Xiyabanında olaraq, şəhidlərin məzarı üstə gül düzərək, onların ruhuna dua ediblər

On minlərlə azərbaycanlı bu gün qanlı 20 Yanvar faciəsinin ildönümü günündə Şəhidlər Xiyabanında olaraq, 1990-cı ilin 20 yanvarında SSRİ-nin Qızıl Ordusunun Bakıda müstəqilliyi üçün ayağa qalxmış xalqı qırğın etməsi zamanı şəhid olanların xatirəsini yad edib.

20 Yanvar faciəsinin 24-cü ildönümündə Azərbaycan Respublikası xalqı Şəhidlər Xiyabanında olaraq, şəhidlərin məzarı üstə gül düzərək, onların ruhuna dua ediblər.

İranın Bakıdakı səfiri Möhsün Pakayin də bu gün səhər Şəhidlər Xiyabanında olaraq, Əbədi Məşəl abidəsi önünə gül çələngi qoyub, 20 Yanvar qurbanlarının xatirəsini yad edib.

M.Pakayin İran İslam Respublikasının daim günahsız insanların qırğın edilməsini pislədiyini deyərək, vurğulayıb: 20 Yanvar faciəsi qurbanları bizim bacı və qardaşlarımız idilər və onların xatirəsi daim bizim üçün əzizdir.


  • Yazılıb
  • da (də) 2014 Jan 21