Tarix : 2013 Dec 18
Kod 41287

İran və Azərbaycan iş adamları iqtisadi əməkdaşlıqların genişləndirilməsini vurğulayıblar

İran İslam Respublikası və Azərbaycan Respublikasının iş adamları Bakıda keçirilən müştərək iclasda iki ölkənin ticarət münasibətlərinin hazırkı səviyyəsini qənaətbəxş hesab etməyib və ticarət dövriyyəsinin artırılmasını vurğulayıblar

İran İslam Respublikası və Azərbaycan Respublikasının iş adamları Bakıda keçirilən müştərək iclasda iki ölkənin ticarət münasibətlərinin hazırkı səviyyəsini qənaətbəxş hesab etməyib və ticarət dövriyyəsinin artırılmasını vurğulayıblar.

İRİB-in Bakıdan verdiyi məlumata görə, İran  və Azərbaycan Respublikasının iş adamlarının müştərək iclası bu gün Tehranın Ticarət, Sənaye və Mədənlər Palatasının rəhbəri Yəhya Ali İshaq və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin iştirakı ilə Bakıda işə başlayıb.

Bu iclasın əvvəlində Məmməd Musayev qeyd olunan konfederasiyada təxminən 500 min azərbaycanlı iş adamının fəaliyyəti, Azərbaycan Respublikasının 70 sahibkar cəmiyyətinin üzv olduğuna toxunaraq qarşılıqlı əməkdaşlıq və fəal iranlı iş adamlarının dəstəyini vurğulayıb.

Azərbaycan Respublikasının 27 ölkədən ibarət Beynəlxalq Sahibkarlar Konfederasiyasının Şurasında üzvlüyünü ölkəsinin, dünya, o cümlədən İranın iş adamları ilə əlaqələrinin güclənməsinə səbəb olacağını bildirib.

Bu iclasda Yəhya Ali İshaq da İrandakı misilsiz iqtisadi potensiallara toxunaraq sahibkarlar təşkilatlarının iqtisadi bazaların güclənməsi və inkişafındakı rolunu önəmli adlandırıb və ümidvarlıq edib ki, davamlı iclasların keçirilməsi sayəsində iki ölkənin iş adamlarının əlaqələrinin güclənməsi ilə yanaşı Tehran-Bakı arasında ticarət əməkdaşlıqlarına da zəmin yaranacaqdır.

 

 

 


  • Yazılıb
  • da (də) 2013 Dec 18