Tarix : 2013 Nov 18
Kod 40881

BP Azərbaycanı müstəmləkəyə çevirib

Bakı mediası xəbər verib ki, İki gün əvvəl Azərbaycan hökuməti ilə İngiltərənin BP neft şirkəti arasında müqavilələrin imzalanması mərasimində qalmaqal yaranıb

Əsrin çatısı ayamasını qazanmış “əsrin müqaviləsi” adlandırılmış neft sazişinin iyirmi illiyi ərəfəsində Azərbaycan Respublikası dövləti neft siyasətini  ingiltərə-ABŞ cütlüyünə etibar etməsinin fəsadlarını dərk etməyə başlayıb.

Bakı mediası xəbər verib ki, İki gün əvvəl Azərbaycan hökuməti ilə İngiltərənin BP neft şirkəti arasında müqavilələrin imzalanması mərasimində qalmaqal yaranıb.

Tərəflər arasında ixtilaf predmeti olan sənəd barədəki məlumat  ictimaiyyətdən gizlədilib.

Həmin sənəd belə adlanırmış: “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə BP arasında miqrasiya sahəsində qarşılıqlı anlaşmaya dair memorandum”.

R.Abdullayev imzalama mərasiminin açılışı zamanı britaniyalı mütəxəssislərin Azərbaycanın neft sektoruna işə cəlb olunması sahəsində çətinlik və problemlərin olmasına eyham vurub. Onun sözlərinə görə, ARDNŞ neft-qaz sektorunda çalışan kontingentin milliləşdirilməsi və bütün lazımlı mütəxəssislərin yerli kadrların gücü ilə hazırlanması vəzifəsini öz üzərinə götürüb.

Beləliklə, deyilir ki, ARDNŞ neft-qaz sənayesi sahəsində özünün avtomatlaşdırılmış kadr bazasını yaradıb və əgər hansısa xarici neft şirkətinə mütəxəssis lazımdırsa, həmin şirkət o kadrı ilk növbədə ARDNŞ-in məlumat bazasında axtarmalıdır. Əgər bəlli olsa ki lazımi mütəxəssis bu məlumat bazasında yoxdur, onda ARDNŞ Dövlət Miqrasiya Xidmətinə müraciət edir və ona əsasən həmin xarici şirkətə başqa ölkədən əcnəbi işçi gətirmək icazəsi verilir.  BP şirkəti isə bunu qəbul etmir.

Qeyri rəsmi olaraq deyilir ki, Dövlət Miqrasiya Xidməti 2013-cü ilin iyun ayından bu günə qədər 100-dək ingiltərəli mühəndisə Azərbaycanda yaşamaq və işləmək üçün müvafiq icazə verməkdən imtina edib.

Qarşı tərəfdən müstəmləkəçi BP şirkəti  “Qərbi Çıraq” platformasında neft hasilatı işlərinə başlamağı xeyli - təxminən 70 gün ləngidib.

Məlumata əsasən, BP azərbaycanlı mütəxəssislərin də işə götürülməsinə dair öhdəliyinə əməl etmir və xarıcı işçiləri yüksək maaş verir.

Məsələn, qaynaq işi görən yerli mütəxəssis 250 dollar, xarici isə 3-5 min dollar maaş alırdı, hətta 7 min dollara yaxın maaş alırdı.

BP-nin də bunu belə əsaslandırıb ki, həmin xarici vətəndaşların ailələri xaricdə yaşayır, onların dolanması üçün vəsait lazımdır, Azərbaycanda yaşayanlar üçün də yaşayış şərtlərini də əlavə ediblər.

Siyasi ekspertlərin fikrincə, BP-nin Azərbaycan Respublikasındakı fəaliyyəti  19-cu əsrdə Şərqi Hindustan Kompanisinin  Hindustanı müstəmləkə  edərək  idarə etməsini xatırladır.

“Əsrin Müqaviləsi” adlı saziş və BTC boru kəmərinə dair sazişlər imzalanan dönəmdə Beynəlxalq SƏHƏR kanalı müstəqil ekspertlərin bunula bağlı tənqidi fikirlərini işığlandırırdı ki, rəsmi Bakı buna anti Azərbaycan təbliğat adını vermişdir.

 


  • Yazılıb
  • da (də) 2013 Nov 18