Tarix : 2013 Oct 30
Kod 40697

Azadlıq qəzeti cərimələnib

Yasamal Rayon Məhkəməsi qərarı icra şöbəsinin şikayəti əsasında çıxarıb

Arannews-Məhkəmə “Azadlıq” qəzetini cərimələyib. Azadlıq” qəzeti oktyabrın 29-da məhkəmə qərarı ilə 3 min manat cərimələnib. Yasamal Rayon Məhkəməsi qərarı icra şöbəsinin şikayəti əsasında çıxarıb .

Bir müddət əvvəl qəzet “Araz-Avia” ticarət mərkəzinin (“Binə bazarı”) rəhbəri Kəbirə Məmmədovanın iddiası ilə 32 min manat cərimələnib. Yasamal Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsi bu qərarın yerinə yetirilməməyindən şikayət edib .

“Azadlıq”ın baş redaktor müavini Rahim Hacıyev deyib ki, hakimə qəzetin maddi durumunun ağır olduğu haqda ətraflı məlumat verib: “O, xəbərdarlıqla kifayətlənə biləcəyi halda ağır sanksiya tətbiq etdi. Aydın məsələdir ki, “Azadlıq” 32 min manatlıq cəriməni maddi durumunun ağırlığına görə ödəyə bilməyib və bu səbəbdən qətnamə icra olunmamış qalıb. Hətta həmin cəriməyə görə “Azadlıq”ın bank hesabına həbs qoyulub. Belə olan halda əlavə 3 min manatlıq cərimə tətbiq etməyin bir məqsədi ola bilər – qəzeti çökdürmək”.


  • Yazılıb
  • da (də) 2013 Oct 30