Tarix : 2013 Oct 30
Kod 40696

Rusiyaya nota

Rusiya-Tacikistan münasibətlərində belə hadisə indiyədək olmayıb

Arannews - Tacikistanın Moskvadakı səfirliyi “Moskva-Düşənbə” qatarına törədilmiş hücumun araşdırılması tələbi ilə Rusiyanın Xarici İşlər Nazirliyinə nota verib .

Bu barədə “İnterfaks”a Tacikistanın Rusiyadakı səfirliyinin rəsmi nümayəndəsi Məhəmməd Eqamzod bildirib. Onun sözlərinə görə, “Rusiya-Tacikistan münasibətlərində belə hadisə indiyədək olmayıb ”.

Məhəmməd Eqamzodun sözlərinə görə, milliyyətçi şüarlar səsləndirən bir qrup yerli gənc oktyabrın 26 və 27-də Voronej vilayətinin “Ternovka” stansiyasında “Moskva-Düşənbə” və “Moskva-Hücənd” qatarlarına hücum edərək, bir neçə sərnişinə xəsarət yetirib, 7 vaqonun şüşələrini sındırıblar.

  • Yazılıb
  • da (də) 2013 Oct 30