Tarix : 2013 Oct 21
Kod 40567

"Çogan idman növü İrana aiddir"

İranın İdman və Gənclər Nazirliyinin başçısı deyib:Çogan( Polo atçılıq) idman növü İrana aiddir və Tehran bu idmanın YUNESKO-da Azərbaycan Respublikasının adına qeydə alınmasını qoymayacaq

İranın İdman və Gənclər Nazirliyinin başçısı deyib:Çogan( Polo atçılıq) idman növü İrana aiddir və Tehran bu idmanın YUNESKO-da Azərbaycan Respublikasının adına qeydə alınmasını qoymayacaq.

İRİB-in məlumatına görə, Seyid Rza Salehi Əmiri bu gün Tehranda 6-cı Oxçuluq Asiya Çempionatının açılış mərasiminin kənarında əlavə edib: İranın Xarici İşlər Nazirliyi və Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının məsul şəxsləri ilə Çogan idmanı barəsindəki son hadisələrin araşdırılması ilə əlaqədar iclas keçiriləcəkdir.

İranın İdman və Gənclər Nazirliyinin başçısı bildirib ki, Çogan idman növü İrana aiddir və bu idman BMT-nin təhsil, Elm və Mədəniyyət Təşkilatı YUNESKO-da Azərbaycan Respublikasının adı ilə qeydiyyata alınmamalıdır.

İranın məşhur şəxsiyyətləri və adət-ənənəsinə aid simvollar Türkiyə və Tacikistan tərəfindən təsdiqləndikdən sonra, ən yeni halda Azərbaycan Respublikası Çogan idman növünü YUNESKO-da qeydiyyata aldırmaq ardıncadır.


  • Yazılıb
  • da (də) 2013 Oct 21